Ramazan ayında qadınlarla bağlı birinci məsələ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 8 767
Səs ver:
(səs: 7)
Birinci məsələ: Ramazan ayı elə bir nemətdir ki, buna görə şükr etmək vacibdir.
Bacı! Həqiqətən ramazan ayı Allah təalanın öz mömin qullarına bəxş etdiyi ən böyük nemətlərindən biridir. Bu, rəhmətlərin endiyi, günah və pis əməllərin bağışlandığı, əcr (savabların) Allah yanında dərəcələrin iki qat artdığı, Allah Təalanın qullarını cəhənnəm odundan azad etdiyi bir aydır. Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Ramazan ayı girdiyi zaman cənnətin qapıları açılar , cəhənnəmin qapıları bağlanar və şeytanlar zəncirlənərlər." (Buxari və Müslim rəvayət etmişlər)
Həmçinin Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " kim Ramazan ayının orucunu imanla və savabını Allahdan umaraq tutarsa bütün keçmiş qünahları bağışlanar, və kim Ramazan ayını imanla və savabını Allahdan umaraq keçirərsə (namaz və sairə əməllər nəzərdə tutulur) bütün keçmiş qünahları bağışlanar." (Buxari və Müslim rəvayət etmişlər)
Allah təala qüdsi hədisdə belə buyurur: " Adəm övladının hər bir əməli onun üçündür yalnız orucu mənim üçündür, mükafatını da mən verəcəyəm." (Buxari və Müslim rəvayət etmişlər)
Həmçinin Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Həqiqətən Allahın ramazan ayının hər bir (günündə) gündüz və gecəsində cəhənnəm odundan azad etdiyi kimsələr vardır, və həqiqətən hər bir müsəlmanın duası vardır ki, o duanı etdiyi zaman onu Allah təala qəbul edər."(imam Əhməd səhih isnadla rəvayət etmişdir), və bu ayda qədr gecəsi vardır.

Allah Təala buyurur: "Qədr gəcəsi min aydan daha xeyirlidir " (Qədr : 3).
Ey müsəlman bacım, bunlar səxavətli olan bu ayın bəzi fəzilətləridir. Bu da Allah Təalanın sənə bəxş etdiyi neymətin əzəmətliyini bəyan edir ki, səni başqalarının içindən seçdi, oruc üçün,qiyam (namaz) üçün hazırladı. Neçə insan keçən il Ramazanda bizimlə oruc tutmuşlar, indi isə onlar qat-qat topraq altında öz qəbirlərində daşlaşmışlar. Müsəlman bacım bu nemətə görə Allaha şükr et onu günah və pis işlərlə qəbul etmə ki, yox olar silinər. Şair yaxşı deyib:

Olsan neymət içində qoru onu sən,
yox edər neməti günahlar həqiqətən.
Əhatə et onu qulların rəbbinə itaətiylə,
çünki tez qulların rəbbi qəzəblənəndir.

/Mənbə: Qadınlar.biz/
(səs: 7)
Şərhlər: 4
Baxılıb: 8 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri