Ölü və diri, başqasının əməlini faydalanar

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 259
Səs ver:
(səs: 2)
Müsəlman, başqasının bağışladığı əməllərdən yaxşı işlər görməyə faydalanar. Bu sünnə və icma ilə sabitdir. Yalnız öz etdiklərinin özünə faydası olar deyən kimsə icmâ'a və sünnəyə müxalif etmiş olar. Bu isə batildir.

Çünki

• İnsan, başqasının etdiyi duanın faydasını görər. İşdə bu, başqasının etdiyi əməlin faydası deməkdir.

• Peyğəmbər Əfəndimiz (s.ə.v.) məhşərdə hesabın asan olması, cənnətə girmələri və cəhənnəmdən xilas olmaları üçün Müsəlmanlara şəfaət edəcək.

• Peyğəmbərlər və saleh möminlər şəfaət edərlər.

• Mələklər yerdə olanlara dua və istiğfar edərlər.

• Allahu təala, diləsə heç xeyr işləməyən bir mömini, sırf rəhmətiylə cəhənnəmdən azad edər.

• Möminlərin uşaqları, atalarının işlədiyi əməllərlə cənnətə girərlər.

• Ölünün, verilən sədəqədən fayda gördüyü hədisi-şərif ilə sabitdir, bunda icma vardır.

• Ölmüş bir kimsə adına, vəlisi həcc etsə ölüdən fərz həcc düşər.

• Hər hansı bir borclu adamın borcunu başqa bir kimsə ödəsə o kimsə borcundan xilas olar.

• Birinə borclu olan və ya haqsızlıq edən kimsə, malın sahibi alacağını və haqqını halal etməklə məs'ûliyətdən xilas olar.

• Saleh qonşu, həyatda ikən də qonşularına faydalı olduğu kimi ölüncə də qəbir qonşularına faydalı olar.

• Bir adam zikr məclisinə başqa bir məqsədlə gəlsə-zikr halqasına oturmasa belə-rəhmətə qovuşar, zikrdən istifadə edər.

• Ölü üçün qılınan cənazə namazı və edilən dua ölüyə fayda verir.

Bütün bunlar başqasının əməlləri ilə fayda əldə etməkdir. Bunun sayıla bilməyəcək qədər misalları vardır.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 259
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri