Xilqətin pakları: Əli (ə), Fatimə(s.ə)!

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 4 437
Səs ver:
(səs: 3)
Bismilləhir-Rahmənir-Rahim!
Xaliqə, məxluqa əzizdən əziz,
Xilqətin pakları - Əli (ə), Fatimə (s.ə).
Suları qarışmaz iki saf dəniz,
Xilqətin pakları - Əli (ə), Fatimə (s.ə).

Əli (ə) - ərlər əri, Allahın Şiri,
Fatimə (s.ə) - cənnətdə dördlükdən biri.
Sevgisi vəd edən əbədi xeyri
Xilqətin pakları - Əli (ə), Fatimə (s.ə).

Fatimə (s.ə) - Əliyə (ə) Allahın payı,
Əli (ə) - Fatimənin (s.ə) yeganə tayı.
Vilayət ərşinin Günəşi, Ayı
Xilqətin pakları - Əli (ə), Fatimə (s.ə).

Əlidir (ə) qapısı elmin şəhrinin,
Fatimə (s.ə) - xanımı hər iki dəhrin.
Gövhəri, incisi Yer adlı nəhrin
Xilqətin pakları - Əli (ə), Fatimə (s.ə).

Fatimə (s.ə) - Nəbiyə (s) verilən Kövsər,
Əlidir (ə) təqvalı kimsəyə rəhbər.
Zalımın düşməni, məzluma sərvər
Xilqətin pakları - Əli (ə), Fatimə (s.ə).

Sahibi-Zamana (ə.f) salamlar olsun!
Tez gəlsin, dünyamız ədliylə dolsun!
İzdivac gününüz mübarək olsun!
Xilqətin pakları - Əli (ə), Fatimə (s.ə)!

Zeynəb Zeynalabdiyeva
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 4 437
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri