O zaman ki, Nərcis xanım (s.ə.) Romada idi, qəribə yuxular görərdi. Bir dəfə yuxuda əziz İslam Peyğəmbəri (s) ilə Həzrət İsanı (ə) görür ki, onun nikahını İmam Həsən Əsgəriyə (ə) bağlayırlar. O, yuxuda başqa qeyri-adi şeylər də görürdü və Həzrət Fatimeyi-Zəhraınn (s.ə.) dəvəti ilə müsəlman olur. Ancaq müsəlman olduğunu ailəsindən və ətrafındakılardan gizlədir. O zaman ki, müsəlmanlar ilə romalılar arasında müharibə başlayır, Roma imperatoru ordusu ilə bir yerdə müharibəyə yollanır. Nərcis xanıma (s.ə.) yuxuda əmr edilir ki, gizlin şəkildə kənizləri ilə bir yerdə sərhədə gedən ordunun ardınca getsin. O, bu cür edir və sərhəddə müsəlmanlar onları əsir tuturlar. Onu başqa əsirlərlə bir yerdə Bağdada aparırlar.
Bu hadisə onuncu İmamın (ə) İmamət dövrünün sonlarında baş vermişdir. İmamın roma dilində yazdığı məktubu Bağdadda Nərcis xanıma (s.ə.) verirlər. Məktubu aparan elçi onu qul kimi satın alır və İmam Hadinin (ə) yanına gətirir. İmam onun gördüyü yuxuları Nərcisin (s.ə.) yadına salır və ona müjdə verir ki, o, on birinci İmamın (ə) həyat yoldaşı olacaq və dünyaya elə bir övlad gətirəcəkdir ki, bütün aləmi ədalətə və nura boyayacaqdır. İmam Hadi (ə) Nərcis xanımı (s.ə.) bacısı Həkiməyə (s.ə.) tapşırır ki, ona İslam adət-ənənələrini başa salsın. Bir müddət sonra Nərcis xanım (s.ə.) İmam Həsən Əsgəri ilə (ə) ailə qurur.
Allahım! Bizləri İmamın (ə.f.) zühurunu tezləşdirənlərdən qərar ver!