Kim dünyadan var dövlət aparıb?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 053
Səs ver:
(səs: 1)
Bir gün Muhamməd Peyğəmbərin (s.a.a.) yanına gəlib deyirlər:
- Ya Rəsulullah, filankəs dünyasını dəyişdi, vəsiyyətində var ki, Siz onun xurma bağlarını kasıblar, yetimlər arasında böləsiniz.
Peyğəmbərimiz (s.a.a.) bu istəyi qəbul edərək, mərhumdan qalan xurma bağlarını bölməyə gedir. Addım-addım ölçərək bağı ehtiyacı olanlar arasında bölürlər. Oradakılardan biri deyir:
- Görün mərhum nə qədər xoşbəxt imiş ki, qoyub getdiyi xurma bağları neçə-neçə ehtiyacı olan ailəni barındıracaq...
Onun yanı ilə addımlayan Peyğəmbərimiz (s.a.a.) astaca başını bulayaraq:
- Xeyr, mərhum sizin düşündüyünüz qədər də xoşbəxt deyil. O, artıq bu dünyadan köçmüşdür. Bu bağ da onun hökmündən çıxmışdı. Yaxşı olardı ki, vəsiyyət etmək əvəzinə özü sağlığında bu bağı ehtiyacı olanlar arasında böləydi. Bu, daha faydalı və sevilən iş olardı. Yoxsa, öləndən sonra kim özü ilə o dünyaya bağ-bağat aparıb ki?


(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 053
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri