Bir qadının bilmədən zinası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 8 299
Səs ver:
(səs: 11)
Bir evli qadın olur. 5 il keçir bu qadının övladı olmur, 6 il keçir övladı olmur. Həyat yoldaşı ilə arası elə həddə çatır ki, övladın olmamağı ucbatından boşanmaq vəziyyətinə düşürlər. Bunu belə görən qadın əlini açıb ALLAHa yalvarır ki: Ey Bizləri Yaradan ALLAH mənə bir övlad bəxş et. Əhd edirəm 40 kişi ilə zina edəcəm. Təbii ki, bu əhd mənfi əhdi. ALLAH Taala bu qadının da taleyini bu cür yazıbmış ki, 7 ildən sonra övladı olsun. Evliliyin 7ci ilində bu ailənin övladı olur. Və qadın yadına salır ki, mən əhd etmişəm indi mən necə əhdimə əməl edim? Axı millət içində adım nə olar? Evli insanam...

Qadının ağlına gəlir ki, getsin bir qazidən məsləhət alsın. Gedir qazinin yanına və deyir: Mən övladım olmamağı ucbatından ALLAHdan bucür əhd edib övlad istəmişəm. ALLAH Taala mənə övlad bəxş edib. İndi mən necə edim?

Qazi baxır görür bu qadın dizdən biraz yuxarı yupka ilə, qolları təmiz görsənən və sinəsinin yarısını göstərən paltarla bunun yanına gəlib.
Sual edir qazi: Qızım bura gələndə hansı küçə ilə gəlmisən?
Qadın: Keçdiyi küçələri deyir.
Qazi: Həmin küçələrdən neçə naməhrəm kişi ilə rastlaşdın? Üzbəüz gəldin?
Qadın: Çox Qazi əmi. Mən deyim 50, sən de 80-100.
Qazi: Bəs qızım sən əhd etmişdin axı. 40 kişi ilə, niyə çox edibsən? Əhdinə sadiq çıxmayıbsan!!!

Özüm tərəfdən bu mövzuya açıqlama:
Ey insanlar (əsasən qadın və qızlar) zina yalnızca naməhrəm olanla yaxınlıq etmək deyil. Zinanın növləri vardır. Dil zinası, göz zinası və s. ən böyük zina yaxınlıq nəzərdə tutulur. Bu qadın isə zina deyərkən hansı zinanı nəzərdə tutduğunu deməmişdir. Yəni o artıq özü də bilmədən göz zinası etmiş olmaqdadır. Odur ki, ilk öncə Əxlaqımıza və sonra gözümüzə və dilimizə sahib çıxaq... Göz və Dil insanı günaha vadar edən hissələrimizdir. Özümüzə Sahib Çıxaq...

/Mənbə: İslamadogru.biz/
(səs: 11)
Şərhlər: 9
Baxılıb: 8 299
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri