Ramazan ayını necə qənimət sayaq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 308
Səs ver:
(səs: 0)
Bu bərəkətli aydan daha yaxşı istifadə etmək üçün əvvəlcə, duadan kömək almalıyıq, yəni Allahdan istəməliyik ki, bizə raz-niyaz tövfiqi əta etsin. Əlbəttə, biz də bacardığımız həddə çalışmalıyıq ki, ibadət halı və bunun üçün tövfiq əldə edək; çalışmalıyıq ki, bu ayda gündəlik işləri bir qədər azaldaq və vaxtımızın bir hissəsini dua və ibadətə sərf edək. Yemək və yatmağımıza fikir verməliyik; yemək və yuxu ağırlığa və süstlüyə səbəb olmamalıdır. Yemək rejimini elə nizamlamalıyıq ki, oruc tuta bilək və eyni zamanda ibadət və ramazan ayının vəzifələrini yerinə yetirməyə müvəffəq olaq. Ehtiyac olan yeməyi yemək çox yemək deyil; yuxunu da elə bir şəkildə nizamlamalıyıq ki, ibadət zamanı yaxşı halda olaq. Yoxsa, gündəlik işləri yerində saxlayıb, səhər ibadəti zamanı yaxşı halda olmaq intizarı əbəsdir.
Duanı oxumazdan əvvəl azca düşünməliyik ki, biz kimik, kimlə danışmaq istəyirik, "dua” yəni nə? Bu necə də dəyərli bir məqamdır ki, insan öz Allahı ilə raz-niyaz etməyə və danışmağa müvəffəq olur! Duanın məzmununa diqqət etməli, ən azı onu oxumazdan əvvəl tərcüməsinə baxıb düşünməliyik ki, oxuduqlarımız haqqında ümumi məlumatımız olsun; duanı sırf ərəbcə oxuyub tamamlasaq, nə dediyimizi, nə də oxuduğumuzu anlayarıq. Əhli-Beytdən (ə) nəql olunmuş dualarda uca və böyük məzmunlar gizlənmişdir. Əgər dua və münacat halı yaranmasa, yenə də bu duaların oxunması dəyərlidir. Beləliklə, yerinə düşər ki, ərəb dili ilə tanışlığı olmayan kəslər duanı oxumazdan əvvəl, (xüsusi ilə bu ay üçün olan duaları) onun dilimizə tərcüməsini oxusunlar və mətnlə tanış olsunlar. Duanı oxumaqdan əlavə onun məzmunu barədə düşünmək ondan daha yaxşı istifadə etməyə səbəb olur. Müxtəlif şəxslər duadan bizim dərk etməyəcəyimiz fərqli dərəcələrdə bəhrələnirlər. Hərflərin səhih tələffüzü və yalnız bu sözlərin oxunmasından ibarət dua, məzmununa diqqət olunan və hal ilə oxunan duadan çox fərqlidir. Bu fərq izah olunmaz dərəcədədir. Bir çox hallarda iki nəfər dua edir və bu şəxslər dəstəmaz almaq, üzü qibləyə durmaq, ədəbli olmaq və bu kimi zahiri dua qaydalarına riayət edirlər. Lakin bu iki şəxsin duadan götürdüyü bəhrə o qədər fərqli ola bilər ki, biz bu fərqi təsəvvür edə bilmərik. Demək, duadan istifadə insanın halından, onun qəlbinin mütəal Allaha, Onun sifətlərinə, xüsusilə duada işlənmiş sifətlərinə diqqətindən asılıdır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 308
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri