Oruc tutmaq və səbr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 445
Səs ver:
(səs: 0)
Səbr İslam aləmində çox bəyənilən xüsusiyyətlərdəndir. Hər bir müsəlman özünü fərdi və ictimai həyatında öz məqsədləri yolunda mübarizə edir, çətinliklə üzləşir. Səbr olmazsa, çətinliklərə qalib gəlmək, məqsədə nail olmaq asan iş deyildir. Səbr dözüm, möhkəmlik gücünü artırır. Çətinlik və müsibətə dözməyən cəmiyyət heç bir düşməninə qalib gələ bilməz. Yalnız səbr və dözümlə zülmkara qarşı mübarizə aparmaq olar.
Oruc tutmaq əsasən susuzluğun insanı taqətdən saldığı yayın isti günlərində nəzərə çarpacaq dərəcədə səbr və dözüm bəxş edir, iradəsini möhkəmləndirir.
Qurani-Kərim səbri belə ifadə edir: Səbr, oruc və namazdan ancaq xeyir görmək olar. Əziz Peyğəmbərimiz (s.a.a.) də Ramazan ayını səbr ayı adlandırmışdır: Ramazan səbr ayıdır və səbrin mükafatı behiştdir.
İmam Sadiq (ə) orucluğun bu xüsusiyyətinə işarə edib buyurmuşdur: Bir kəsə qəmli hadisə üz verəndə Allahın buyurduğu kimi oruc tutur.

ALLAH oruc tutanların oruclarını qəbul etsin. AMİN
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri