Övlad qatili!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 231
Səs ver:
(səs: 3)
"... Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz."(Bəqərə, 216)
Uzun illərdir bu sevincli xəbəri gözləyirdi. Sanki ayaqları yerdən kəsilmiş həyəcanından uçurdu. Dərhal yoldaşına, anasına, nə bilim, onun dərdini yüklənən hər kəsə bu müjdəli xəbəri verməli idi. Sürətli-sürətli xəstəxana nərdivanlarından endi. Gördüyü hər kəsə gülümsəyirdi. Qapıdakı dilənçi uşağa çıxarıb 20 manat verdi. Uşaq qarışıqlıq içində gözləri falt daşı kimi açılmış:
"-Bu çox deyilmi bacı?" Deyə bildi.
Təbəssüm edərək yolun qarşısına keçdi. Bir taksiyə minib düz yoldaşının dükanına getdi. İçəridə müştərilər vardı. Təlaşla içəri girincə yoldaşı:
"-Nə oldu Xədicə?!" Dedi. Xədicə:
"-Səninlə çox əhəmiyyətli bir mövzunu danışmaq lazımdır. Burada olmaz! "Dedikdə, bəyi maraq içində onu bir çay bağçasına apardı. Xədicə xanım, yoldaşını sakitləşdirməyə çalışarkən öz içi içinə sığmırdı:
"-Muratcığım, sakit ol indi, sənə bir xəbərim var! Eşidincə həyəcanlanıb qışqırma! "Bəyi daha da maraqlandı və:
"-Tezol, nə olduğunu izah etməyəcəksən?" Deyincə, Xədicə xanım, sirrini yoldaşının qulağına pıçıldadı.
"-Hamiləyəm! .."
Əri əvvəl çaşdı, sonra:
"-Allahım, Sənə şükürlər olsun!" Deyə qışqırmağa başladı. Sanki uşaq kimi idi, yerində dayana bilmirdi. Bütün gücüylə qışqırmaq və "ata" olduğunu bütün dünyaya elan etmək istəyirdi. Hər kəs başlarını çevirmiş təbəssümlə onları izləyirdi.
Murad bəy:
"-Xədicə, mən belə unutdum, neçə ildir bu körpənin yolunu gözləyirik? .." Dedi.
"-10 ildir, Muradım, 10 ildir! .." Dedi Xədicə xanım.
Murat bəy, anasına, qohumlarına zəng etdi; Xədicə xanım da sevinc göz yaşları ilə onu seyr edirdi ...
Sanki, evliliklərinin ən gözəl günlərini keçirirdi Xədicə ... Nə istəsə o dəqiqə olurdu. Naharı yatağına gəlir, bir dediyi iki edilmirdi. Həm çaşmış, həm də sevinc içində idi.
Qayınanası ilə də problemləri sanki bir anda bitmiş, ana-qız kimi olmuşdular.
Hamiləliyin üçüncü ayında, həkim, USM körpəni araşdırırdı. Birdən üzü dəyişdi. Xədicənin ürəyinin atışı dəyişmiş, baxışını həkimin mimikalarını yönəltmişdi.
Doktor çətinliklə Murad bəyi də çağırdı. Çox qorxmuşdular. Nələr olurdu. Həkim:
"-Sizi üzmək istəmirəm, amma həqiqətləri deməliyəm. Bu uşağın beynində bir şiş var. Doğularsa zəka üzrlü olacaq. İstəsəniz dərhal abort edək, istəsəniz bir həftə düşünün. Sonra qərar verərsiniz. "Dedi.
Xədicə olduğu yerə yıxıldı. Bəyi isə o qədər çaşmışdı ki, gözü Xədicəni belə görmürdü. Sevinc yumağı olan evləri bir anda matəm ocağına dönmüşdü. Kimsənin ağzını bıçaq açmırdı.
Xəbəri, yavaş-yavaş bütün qohumları eşitdi. Hər kəs ağıl verməyə başladı.
"-Necə yola gedəcəksiz onunla. Biz, ağıllı uşaqla belə baş edə bilmirik, aldırın getsin! .. "Deyənlər bir tərəfdə ...
"-Müfti danış, günah! .." Deyənlər, "Onunla hər gün məşğul olarkən dözüm edə bilməz, sonunda sərt davranmağa başlayarsınız. O zaman hər gün vicdanının qatili olacağına, bir dəfə aldırın, bir dəfə qatil ol! .. "Deyənlər ...
Artıq kimsəylə görüşüb danışmaq istəmirdilər. İşin qəribə tərəfi, köhnəsi kimi bir-birləriylə də danışmırdılar.
Murad bəy:
"-Xədicə, qərarı tez verməyimiz lazımdı!" Deyincə, Xədicə xanım:
"-Nə edək?" Dedi. Murad bəy:
"-Məncə abort! .. Allah, sonra təkrar verər! "Dedi. Xədicə bu cavabdan irkildi:
"-Yəni övlad qatili olacağıq?" Deyə bildi. Bəyi:
"-Amma zəka üzrlü olacaq, necə baxarıq? Camaat içinə necə çıxarıq? Necə «budur uşağımız!» Deyərik. "Deyə cavab verdi. Xədicə böyük bir qətiyyətlə:
"-Xeyr, mən bu uşağı illərdir Allahdan diləyirəm. İndi verdi və bizi sınayır. Muradım, nə olar aldırmayaq! "Dedi.
"-Xədicə, mən zəka üzrlü bir uşaq istəmirəm!"
"-Allahın sənə verdiyinə razı deyilsən? Xatırla, nə qədər sevinmişdi ata olacağına! .. "
Murat susurdu. Xədicə göz yaşları ilə davam etdi:
"-Bəlkə ağıllı olsa xeyirsiz olacaqdı, o zaman,« Kaş ki ağılsız olsa da xeyirsiz olmasa! »Deyərdik. Kim bilir, bəlkə bu bizim üçün xeyirlidir. Nə olar, övlad qatili olmayaq! "
Xədicə xanım, bütün gecə dua etdi, ağladı. Rəbbinə sığındı:
"Ey Rəbbim! Nə olar nəfsimə uydurma! .. Başqalarının sözünə baxıb da qatil olmama icazə vermə! Dayanma gücü ver. Şəfa ancaq Sənədir! .. "
Səhər olunca Murad bəy:
"Əgər uşağı aldırmasan səndən ayrılaram! .." Deyərək Xədicənin dünyasını bir dəfə daha başına yıxdı.
Xədicə xanımın bir cavab verməsini gözləmədən qapını örtüb gedən Murad bəy, avtomobilinə mindi və fikirləşdi:
"Mən səndən ayrılmayacağam Xədicə, ayrılmayacağam. Amma səndən bu uşağı aldırmanı istəyirəm. Aldırmırsan! .. "Deyə deyindi.
Xədicə əşyalarını yığdı, anasının evinə getdi. Olanları anasına izah etdi. Anası Xədicəyə hirslənib:
"-Yoldaşın düz deyir, sən uşaq həsrətiylə nə istədiyini bilmirsən!" Deyə qışqırdı.
Onları, səssiz küncündə Quran oxuyan Şəfiqə nənə dinləyirdi. Anası mətbəxə gedincə Xədicəni yanına çağırdı. Xədicənin başını qucağına söykəyib:
"-Qızım, canı verən Allahdır. Almaq da Onun haqqıdır. Qorxma! Allah kimsəyə gücünün çatmayacağı yükü yükləməz. Demək, sən bunu kaldıracaksın ki, sənə verir. Bəlkə razılığı bunda gizlidir. Səbir et və qatil olma! "Dedi.
Xədicə qərarını verdi. Həkiminə getdi:
"-Balamı dnyaya gətirmək istəsəm, mənim sağlığıma bir zərəri olarmı, həkim xanım?" Deyə soruşdu. Həkim:
"-Xeyr, hamiləliyin normaldı, anormal olan uşaqdı!" Dedi.
"-O zaman aldırmayacam!" Dedi və geri döndü.
Ərinə zəng edib, qətiliklə uşağı doğacağını, Allah qatında günahkar olmaqdan qorxduğunu söylədi və "Mən qismətimə razıyam!" Deyərək telefonu söndürdü.
Əri telefonda eşitdiklərindən sonra etdiyinə peşman olmuş və başqalarının dediklərinə qulaqlarını tıxayaraq, vicdanının səsini dinləməyə qərar vermişdi. O axşam Xədicənin yanına getdi, bir dəstə qırmızı gül aldı, güllərin üstünə də kiçik bir not qoydu:
"Mən də qismətimə razıyam! .."
Sevinclə evlərinə döndülər. Qorxuyla keçən altı ay sonra doğum zamanı gəlmiş çatmışdı. Həm kədərli, həm sevincli ... bütün zidd duyğuları birlikdə udurdular sanki.
Dörd saatlıq bir gözləmədən sonra körpənin ağlaması koridorda eşidildi. Murad bəy olduğu yerə çökdü. Əllərini açdı və:
"-Ey Rəbbim sevgisini də, səbrini də ver. Üsyan etdirmə! "Deyə dua etdi.
Bu sırada yanına qədər gəlmiş olan tibb bacısının səsiylə diksindi:
"-Müjdə, oğlunuz oldu! .."
İki əliylə gözyaşını sildi. Körpəni qucağına aldı. Bir anda isti bir sevgi seli axdı ürəyinə, öpdü iylədi.
"-Xoş gəldin Sabir!" Deyə zümzümə etdi. Bir anda ağzından çıxan bu ad, onu qorxutdu. "Bəli, adı Sabir!" Dedi.
Sabahsı gün körpənin təhlilləri edildi. Həkim, narahatlıqla gözləyən ana-atanın yanına gedərək sevinclə:
"-Müjdə, körpəniz çox sağlamdı! Düşündüyümüz kimi zəka üzrü yoxmuş! "Dedi.


Otaqdakı hər kəs sevinc gözyaşları tökürdü. Murad bəy, özündən utandı.
"-Ey Rəbbim məni bağışla, bağışla!" Deyə ağlamaya başladı. Xədicəyə döndü:
"-Əgər səndə iman qüvvəti və dayanıqlılığ olmasaydı, indi bir övlad qatili olacaqdım. Sən də məni bağışla! "Dedi.
 "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər: ) "Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!” "(Bəqərə, 286)
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 3 231
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri