"Allah Bağışlayar" Deyib Rahat Olmayın..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 531
Səs ver:
(səs: 5)
İnsanların çoxu Allahın varlığını bilər və qəbul edirlər, amma Onun qüdrətini lazımı kimi təqdir etmirlər. Yanıldıqları mövzu Allahın varlığı dəyil, Allahın sifətləridir. Məsələn, Allahın qullarına qarşı çox lütfkar, bağışlayıcı və mərhəmətli olduğunu düşünsələr də, inkarçılardan intiqam alan/sahə, onlara ...əzab edən sifətlərini düşünmürlər.Allahı lazımı kimi təqdir edə bilməyən bu insanların ya Allah qorxusu yoxdur, ya da çox məhduddur. Bu da insanın axirəti baxımından çox təhlükəli bir vəziyyətdir. Çünki Allah qorxusu olmayan, etdiklərinin qarşılığında cəza görəcəyinə inanmayan bir insan hər cür murdarlını, zülmü rahatlıqla edə bilər. Allahın qadağan və haram ət idini hər cür günahı işləyib, sonra da "Allah bağışlayar" kimi reallıqdan uzaq düşüncəyə qapıla bilər. Buna görə şeytan insanlara həmişə bu istiqamətdən yaxınlaşır və insanların özlərini "yəqin ki bağışlanılaram" düşüncəsi ilə aldatmalarına səbəb olur.Diqqət yetirilsə din əxlaqından uzaq cəmiyyətlərdə insanlar həmişə bu səhv dünyagörüşlə hərəkət edər və iddiamlı Allahın əmr və qadağalarını pozurlar. Namazlarını qılmayanlar, oruc tutmayanlar, ehtiyac içində olan insanları qorumayanlar, xəsislik edərək mallarından zəkat verməyənlər, öz mənfəətləri üçün insanlara zülm edənlər, adam öldürənlər, oğurluq edənlər, başqalarının malını haqsızlıqla yeyənlər, yer üzündə fitnə-fəsad çıxaranlar, insanları əxlaqsızlığa sürükləyənlər həmişə "Allah bağışlayar" düşüncəsi ilə hərəkət edirlər. Halbuki bu düşüncəyə sahib olan insanlar böyük bir yanlışlıq içindədirlər. Çünki Allah tövbələri qəbul edən və bağışlayıcı olandır, ancaq eyni zamanda da sonsuz ədaləti ilə hər hərəkətin əvəzini əksiksiz olaraq verəndir. Əlbəttə yaxşılıq edənlərlə pislik edənlər bir tutulmayacaq, dünyada da, hesab günündə də hər kəs layiq olduğuna qarşılıq görəcək. Bu həqiqət Quranda belə bildirilər: Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Nə murdar mühakimə yürüdürlər! Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Belə ki, onlara heç bir haqsızlıq edilməyəcəkdir. (Casiyə Surəsi, 21-22)

Allahın dərgahına qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi tamamilə veriləcək və onlara zülm olunmayacaqdır. (Bəqərə Surəsi, 281)
(səs: 5)
Şərhlər: 4
Baxılıb: 3 531
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri