Zəqqum ağacı kimlər üçündür?

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 1368
Paylaş:
Səs ver:
(səs: 2)
ALLAH behişt nemətlərini sayandan sonra zəqqum deyilən ağacın adını çəkir. ALLAH buyurur: "Qonaq olmağa (ziyafət üçün) bu daha yaxşıdır, ya (Cəhənnəmdəkilərin qonaqlığı üçün olan) «zəqqum» ağacı?!” ("Saffat” 62).

Bu ayə nazil olan zaman Əbu Cəhl deyir: "Bu cür ağac bizim diyarda bitmir. Sizlərdən kim zəqqumun mənasını bilir?”. Orada Afrikadan olan bir kişi deyir: "Zəqqum bizim dildə kərə və xurma deməkdir”. Əbu Cəhl də məsxərə edərək deyir: "Ey kəniz! Biz qədər kərə və xurma gətir ki, zəqqum edək”. Sonra deyir: "Muhəmməd (s) bizləri axirətdə bunlarla qorxudur”. Quran nazil olur və onların cavabını verir.

Sonrakı ayədə oxuyuruq: "Həqiqətən, Biz onu zalımlar üçün bir əzab vasitəsi etdik. O, elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən baş qaldırar (gövdəsi onun səthində bitər və budaqları yuxarı təbəqələrə çatar)”. ("Saffat” 63-64).

Bu cəhənnəm ağacının tumurcuqları şeytan başları kimi olar. Onun çirkinliyini sözlə ifadə etmək mümkün deyildir. Çünki insan bir şeyə nifrət edən zaman zehnində qorxulu bir şey təsvir edir. Sevdiyi və əlaqəsi olduğu şeyləri isə gözəl və sevimli qiyafədə təsvir edər.

Ona görə də insanlar mələk şəkli şəkən zaman onu gözəl şəkildə təsvir etməyə çalışırlar. Ancaq şeytan kimilərini çox çirkin şəkildə çəkərlər. Halbuki, nə mələkləri görmüşlər və nə də şeytanları.

"Tumurcuqları sanki şeytanların başlarıdır (olduqca çirkin və zərərlidir). Həqiqətən, onlar o qədər ondan yeyərlər ki, qarınlarını onunla doldurarlar”. ("Saffat” 65-66).

Bu, elə bir ağacdır ki, cəhənnəm əhli onun meyvəsindən yeyər və qarınlarını onunla doldurarlar. Bu meyvə o qədər acı və dadsız olar ki, onu yeməkdə əziyyət çəkərlər. Ancaq yeməyə başqa şey olmadığı üçün, bu zəqqum meyvəsi onlar üçün tək qida vasitəsidir.

ALLAH bizləri cəhənnəmdən və cəhənnəm əzabından qorusun!
 

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 1368
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook