Allahın ipindən yapışın!

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 3 115
Səs ver:
(səs: 2)

 Həzrət Əli (ə) buyurur

 "və’təsimu bihəblihi” ("ALLAHın ipindən yapışın”). İnsanın hər hansı bir şeydən tutması, yapışması ərəbcə "e’tisam” kimi ifadə olunur. Bə’zən "e’tisam” yerinə "təməssük”, "istəmək” kəlmələri də işlədilir. Məsələn, ALLAH-təala Qur’ani-kərimdə buyurur: "fəqəd istəmsəkə bil-urvətil vusqa” ("Bəqərə”, ayə 256), yə’ni "möhkəm ipdən yapışmış olur...” "həbl” kəlməsi kəndir, ip mə’nasını daşıyır. Maraqlıdır ki, insan nə vaxt ipdən bərk yapışır? Adətən, bu hərəkətin səbəbi süqut etməmək, yuxarı qalxmaq istəyi olur. İnsan təhlükədən qurtarmaq üçün ipə əl atır. Beləcə, ucalmaq, tərəqqi etmək, kamala çatmaq istəyən insan da vasitə axtarır. Əgər insana əmr olunsa ki, ipdən yapışsın, demək, o təhlükədədir. Bu təhlükədən qurtarmaq, amanda qalmaq istəyən şəxs əmrə tabe olub, ipdən yapışmalıdır. İnsana, "ALLAHın ipindən " yapışmaq buyurulursa, demək, o, təhlükə ilə üzbəüzdür və xilas olmaq üçün hökmən bu işə əl atmalıdır. Bu insan yerlə göy arasında qalmış, süquta uğrayan şəxs kimidir. Bu vəziyyətə düşməmiş adamlar vəziyyətin ağırlığını bir o qədər də hiss etmirlər. Amma uyğun vəziyyətə düşmüş adam can-dildən hiss edir ki, nədənsə yapışmaq lazımdır. Dərin quyuya düşmüş, sıldırım qayadan uçmuş insan bütün bunları qədərincə hiss etmək qüdrətindədir.

 

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 115
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri