İmam Əli (ə) hədisləri

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 3 927
Səs ver:
(səs: 5)
Həzrət Əli (ə) buyurur: "Səni kədərləndirən bir pis işin, səni məğrur edən hər-hansı bir xeyir işindən Allah yanında daha yaxşıdır " 

Həzrət Əli (ə) buyurur: "Xoş o kəsin halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub, günah və xatasına isə ağlayır.”

Həzrət Əli (ə) buyurur: "Xoş o kəsin halına ki, arzuları qısadır və ömrünü qənimət sayır.”

Həzrət Əli (ə) buyurur: "Əməl etmədən behişt istəmək axmaqlıqdır.”

Həzrət Əli (ə) buyurur: "Dil yarası (tənə vurmaq) nizə yarasından daha yandırıcıdır.”

Həzrət Əli (ə) buyurur: "Hər gün canının və ömrünün əskildiyini görə-görə ölüm üçün bir iş görməyən kəsə təəccüb edirəm .”

Həzrət Əli (ə) buyurur: "Təəccüb edirəm o kəsə ki, ölüm yatağından qorxur, lakin günahdan uzaqlaşmır.”

Həzrət Əli (ə) buyurur: "Dünyada gedəcəyini bildiyi halda axirəti üçün azuqə hazırlamayan kəsə təəccüb edirəm.”

Həzrət Əli (ə) buyurur: "O kəsə təəccüb edirəm ki, danışdığı sözlərin nə dünyada ona bir xeyri var, nə də axirəti üçün savab yazılır.”

Həzrət Əli (ə) buyurur: "Qeybətə qulaq asan, elə qeybət edən kimidir"
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 3 927
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri