Fədakarlıq - insanlığın ən üstün sifətidir

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 8 119
Səs ver:
(səs: 2)
Fədakarlıq - yəni öz haqqından keçmək. İnsanın dəyəri bu zaman aydın olar. O zaman ki, özün bir şeyə ehtiyac duyursan, ancaq onu başqasına hədiyyə verirsən. Və bu zaman heç bir gözləntin olmur. Necə də insana gözəl hisslər bəxş edir...

 

"Özləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar. Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır”. ("Həşr” 9).

 

İmam Əli (ə) buyurur: "Fədakarlıq - insanlığın ən üstün sifətidir”.

Başqa yerdə İmam (ə) buyurur: "Ən üstün bağışlama - fədakarlıqdır”.

 

Bir gün Həzrət Əli (ə) evindən çıxır. Bir dinar borc alır ki, ərzaq alsın. Yolda Miqdadı görür və soruşur: "Bu cür isti havada niyə evindən çıxmısan?”.

Miqdad deyir: "Ailəm acdır”.

İmam (ə) da dinarı ona verir və özü məscidə gedib axşama qədər orada qalır. Məğrib namazından sonra Həzrət Peyğəmbər (s) buyurur: Ey Əli! İftar üçün sizin evə gəlimmi? İmam buyurdu: Bəli, buyurun! Peyğəmbər (s) və İmam Əli (ə) evə daxil olurlar, görürlər ki, Həzrət Fatimə (s.ə) səccadədədir. Bir qab yemək də arxasında durur. Həzrət soruşdu: "Bu yemək haradandır?”. Xanım (s.ə) cavab verir: "Bu, ALLAHın bizə göndərdiyi ruzidir”.

 

Fədakarlıq həmişə tanıma və elmlə bir yerdə olar. Çünki fədakar insanın son hədəfi - Haqqa çatmaqdır. Bu, o zaman məna kəsb edir ki, insan Haqqı tanısın və Ona çatmaq üçün səy göstərsin. Fədakarlıq insanı ALLAHa yaxınlaşdırar, insan bunun sayəsində pərdələri aradan qaldıra bilər.

Fədakar insan başqalarının mənafeyinə görə öz haqqından keçər. Özü ona ehtiyac duyduğu halda, başqalarına verər.

İmam Əli (ə) özünə xoşuna gələn bir paltar alır və sonra onu sədəqə verib, buyurur: "ALLAHın Peyğəmbərindən (s) eşitmişəm ki, hər kim fədakarlıq edərək başqasını özündən qabağa salarsa, ALLAH Qiyamət günü ona Cənnəti bağışlayar”.

İmam Əli (ə) buyurur: "Nəcib əxlaqın ən yüksək mərtəbəsi - fədakarlıqdır”.

İmam Əli (ə) buyurur: "Səxavətliliyin ən üstünü - fədakarlıqdır”.

 

 

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 8 119
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri