Haram aylar hansılardır?

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 5 621
Səs ver:
(səs: 5)
Qurani-kərimdə buyurulur: 
"Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onların dördü haram aylardır. Bu, doğru dindir. Ona görə də, həmin aylarda özünüzə zülm etməyin” (Tövbə, 36). Haram aylar rəcəb, zilqədə, zilhiccə və mühərrəm ayları¬dır. Hələ İslamdan əvvəl cahiliyyə dövründə ərəblər bu 4 ayda müharibə etməkdən çəkinirdilər. Bu aylarda müharibə etmək qada¬ğan olduğundan (müdafiə istisna olmaqla), bunlara "haram aylar” yəni "qadağan ayları” deyirdilər. Haram aylarda adətən bazarlar (yarmarkalar) quru¬lur, şeir müsabiqələri təşkil edilir, müxtəlif tədbirlər keçirilirdi. Əgər haram aylarda müharibə baş versəydi, həmin müharibəni ficar (günah) savaşı adlandırırdılar. Haram ayların elan olunmasında əsas məqsəd müharibələrin, qətl və qarətlərin sayını azaltmaq idi. Çünki cahiliyyə dövrünün ərəbləri savaşmağa çox meylli idilər. Amma haram aylarda müharibəni yarımçıq kəsmə¬yə, fasilə verməyə məcbur olurdular. Çox zaman bu müddət ərzində incikliklər unudu¬lur, tərəflər barışır və sülh imzalanırdı. İslam dini də bu gözəl ənənəni qoruyub-saxladı.
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 5 621
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri