Şəriətə əsasən kişi 4 aydan çox həyat yoldaşını tək qoyarsa kəbin pozularmi?

Müəllif: Miss_Oxatan
Şərhlər: 8
Baxılıb: 10 582
Səs ver:
(səs: 2)

 

Deyirlər ki, kişi 4 aydan çox həyat yoldaşını tək qoysa kəbin pozulur.Bu sual bir çoxunu hardasa narahat edir.Şəriətə əsasən gəlin görək bu fikir doğrudurmu?


İslam şəriətinə görə, kişi ən geci dörd gecədən bir öz kəbinli arvadının yanında qalmalıdır. Dörd gecədən bir ona görə deyilir ki, kişinin eyni zamanda dörd qadınla evlənmək ixtiyarı var və onların hər biri ilə bərabər şəkildə ədalətlə davranmalıdır. Həmçinin, kişi ən geci dörd ayda bir dəfə öz həyat yoldaşı ilə cinsi əlaqədə olmalıdır ki, onun haqqını pozmasın.

Amma ər-arvadın razılığı əsasında bu şərtlər pozula da bilər. Məsələn, kişi ezamiyyətə gedirsə, dörd gecədən-bir arvadının yanında qalması vacib olmaz. Həmçinin, tərəflərdən biri xəstədirsə, qadın hamilədirsə və ya başqa səbəb varsa, cinsi əlaqəni də uzun müddət təxirə salmaq olar. Hətta kişi qadının razılığı olmadan, üzrsüz yerə bu deyilənləri icra etməsə də, kəbin pozulmuş sayılmaz.

Kişinin öz arvadını bir neçə ay buraxıb getməsi və ya onunla cinsi əlaqədə olmaması kəbini pozmaz. Kişi bu halda günah qazanmış olur, amma qadın boşanmaq istəsə, talaq üçün kişiyə müraciət etməli və ondan talaq istəməlidir.


(səs: 2)
Şərhlər: 8
Baxılıb: 10 582
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri