Dəstamaz almağın savabı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 843
Səs ver:
(səs: 6)
Dəstamaz namazın açarıdır. Həzrət Peyğəmbər (s.) dəstamazın savabı haqqında belə buyurmuşdur: "Dəstəmaz üzə nur, qəlblərə fərəh verir. Hər bir müsəlman dəstamaz alanda üzünü yuyarkən gözləri ilə baxıb etdiyi günahları, qollarını yuyarkən əlləri ilə etdiyi günahları, ayaqlara məsh çəkərkən ayaqları ilə gedib etdiyi günahları aldığı dəstəmaz suyu ilə təmizləyir. Dəstamaz tamamlandıqda hər bir müsəlman bütün günahlarından təmizlənmiş olur."
Dəstamaz möminin silahıdır. Bu elə bir mənəvi silahdır ki, insan bu silahla nəfsinin və şeytanın pisliklərindən özünü ən gözəl bir şəkildə qoruyur. Dəstamazlı adam namazını vaxtında qılar, şeytan ondan uzaq olar və ona heç bir zərər yetirməz. Dəstəmazlı ikən dəstamazı təzələmək "Nur üzərinə nur gəlmək deməkdir"
Həzrət Peyğəmbər (s.) buyurub:
"Kim gözəl dəstamaz alıb və sonra Allahdan başqa Allah olmadığını, həzrət Məhəmməd (s.) onun rəsulu olduğunu şəhadət edərsə və məni günahlardan bağışla deyərsə, üzünə Cənnətin səkkiz qapısı açılar və istədiyi qapıdan içəri girməkdə sərbəst olar"
(səs: 6)
Şərhlər: 6
Baxılıb: 5 843
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri