Salavatın savabları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 13 920
Səs ver:
(səs: 7)

Həzrət Peyğəmbər(s.ə) Əli(ə.s) -yə vəsiyyətində buyurmuşdur ki,hər gün mənə salavat göndərən şəxsə mən şəfaət edəcəyəm,baxmayaraq ki,salavat göndərən şəxs zalım ola,ona da şəfaət edəcəyəm.

Həzrət Əli(ə.s) buyurmuşdur:-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmədən zikr olunan dualar qəbul olunmur.
Həzrət peyğəmbər(s.ə) buyurmuşdur:-Ümmətimdən mənə salavat göndərib,Əhli-beytimə salavat göndərməyən şəxslə asimanlar arasında 70 pərdə var.Yəni onun duası qəbul olmaz.Salavat bu cür deyilməlidir: "Əlla hummə səlli əla Muhəmmədin və ali Muhəmməd"
Həzrət Rza (ə.s) buyurmuşdur:Peyğəmbər (s.ə)-dən rəvayətdir ki,Allah-Təala cümə günü mənə 100 dənə salavat göndərən şəxsin 60 hacət və istəyini yerinə yetirər.30 nu bu dünyada,30 nu isə axirətdə verər.
Allahın nəzərində Muhəmməd (s.ə) və Ali Muhəmmədə salavt göndərməkdən böyük əməl yoxdu.
Həzrət peyğəmbər(s.ə.) buyurmuşdur:Mənə salavat göndərmək qəbirdə,Sirat körpüsündə və Cənnətdə olan bir nurdur.Həzrət peyğəmbərə bir dəfə salavat göndərən şəxs üçün Allah bir paklıq qapısı açır.
Həzrət peyğəmbər(s.ə.)-dən rəvayətdir ki,şeytan 2 cürdür:Biri cinlərdən olan şeytandır.Bu şeytan "La hövlə vəla quvvətə illa billah" deməklə uzaqlaşır.İkincisi isə insanlardan olan şeytanlardır.Bu şeytanda salavat göndərməklə uzaqlaşır.
İmam Sadiq(ə.s.) buyurmuşdur:Kim hər günəş batan zaman "Ya mən xətəmən nubuvvətə bi Muhəmmədin ixtim li-yəvmi haza bi-xəyrin və şəhri bi xəyrin və sənəti bi-xəyrin və umri bi xəyr"(Ey peyğəmbərlik silsiləsinin Muhəmmədlə(s.ə.) xətm edən Allah!Mənim bu günümü,bu ayımı,bu ilimi,bütün ömrümü xeyirlə başa çatdır) deyərsə,ya həmin gecə,ya həmin cümə,ya həmin ay,ya həmin il ölsə mütləq cənnətə gedər.

Allah hər birimizə kömək olsun...Amin
(səs: 7)
Şərhlər: 10
Baxılıb: 13 920
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri