Qadın bakirə deyilsə, əri bunun səbəbini soruşa bilməz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 737
Səs ver:
(səs: 3)
Sual: Saytınızdakı bir sual-cavabda belə bir şey yazmısınız: "Bəkarət nə qədər mühüm olsa da, nəzərə almaq lazımdır ki, qızlıq pərdəsi tullanmaq, sıçramaq, yıxılmaq ya da çox uca bir yerdən hoppanmaq nəticəsində də cırılmış ola bilər. Əksi sübut olunanadək bir insanın təqsirli bilinməməsi prinsipi mütləq və qaçınılmaz bir prinsip olduğuna görə bu məsələdə qızlıq pərdəsinin bu cür səbəblərdən cırıldığını güman edib vəziyyəti qadının lehinə qiymətləndirmək lazımdır. Qadından heç kim (hətta əri, məhkəmə heyəti yaxud da başqa bir şəxs) niyə bakirə olmadığını və ya qızlıq pərdəsinin niyə cırıldığını soruşa bilməz. Heç kimə belə bir səlahiyyət və haqq-hüquq verilməyib”. Axırıncı cümlə məni yaman düşündürür. Sizcə bunda bir problem yoxdurmu? Əgər əri də soruşa bilməzsə, kim soruşa bilər?

Cavab: Əgər bizim o suala verdiyimiz cavabı bir daha və bütün ön qəbullardan uzaqlaşmaq şərti ilə oxusanız, yəni, məsələyə obyektiv yanaşsanız, görərsiniz ki, cavabda heç bir problem yoxdur. Həmin cavabda qeyd edildiyi kimi, qızlıq pərdəsi tullanmaq, sıçramaq, yıxılmaq ya da çox uca bir yerdən hoppanmaq nəticəsində də cırılmış ola bilər. Qadının bundan heç xəbəri də olmaz. Elə isə qadını bilmədiyi bir səbəbə görə sorğu-sual etmək onu psixoloji cəhətdən məhv etmək deməkdir.

Bu məsələ eynilə zinanın sübut olunmasına oxşayır. 4 nəfər zinanı görmədikcə qadının zina etdiyini irəli sürmək olmaz. Yəni, 1, 2 və ya 3 nəfər bir qadının zina etdiyiniz desələr, onların bu sözünü qəbul etmək olmaz. Hətta bu qadının əri belə, 4 şahid gətirə bilməsə, qadına zinanın cəzası tətbiq oluna bilməz.

Bütün bunlar qadınların ictimai mövqeyi nəzərə alınaraq Allah tərəfindən qoyulmuş bir qalxandır.

Bu məsələ ilə əlaqədar olaraq fiqh (İslam hüququ) kitablarında belə deyilir:

"Əgər bir şəxs hər hansı bir qızla həmin qızın bakirə olmağını ortaya şərt qoyub bir qədər mehr verərək onunla evlənsə və cinsi əlaqə vaxtı qızın bakirə olmadığı məlum olsa, qız əvvəlcədən aldığı mehrdən ərinə heç bir şey qaytarmamalıdır, onun buna hüququ çatır”.


Materiallardan istifadə zamanı mənbə göstərilməlidir


Ömər Nəsuhi Bilmən, Hüquqi islamiyyə və istilahati fiqhiyyə külliyatı (İslam hüququ və fiqh (islam hüququ) terminləri külliyatı), İstanbul, 1985, 2-ci cild, s. 141, 457-ci bənd. 
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 5 737
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri