SUAL: Toy gecəsinə məxsus bir dua var?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 906
Səs ver:
(səs: 0)
Sual:Toy gecəsi oxunmalı olan xüsusi bir dua var?

Cavab: Abdulla ibn Məsuddan nəql olunan bir rəvayətə əsasən Muhəmməd peyğəmbər (s. a. s.) belə demişdir:

"Toy gecəsi gəlin bəyin yanına girdiyi vaxt bəy namaza durur, gəlin də onun arxasında. Birlikdə iki rükət namaz qılırlar. Sonra kişi belə dua edir:


اَلّلهُمَّ بارِكْ لِي فِي أَهْلِي وَبارِكْ لِأَهْلِي فِيَّ

اَلّلهُمَّ ارْزُقْهُمْ مِنِّي وَارْزُقْنِي مِنْهُمْ

أَلّلهُمَّ اجْمَعْ بَيْنَنا ما جَمَعْتَ فِي خَيْرٍ وَفَرِّقْ بَيْنَنا إِذا فَرَقْتَ إِلى خَيْرٍ


OXUNUŞU: Allahummə barik li fi əhli və barik li əhli fiyyə. Allahummə-r-zuqni minni və-r-zuqni minhum. Allahummə-c-ma beynəna ma cəmatə fi xeyrin və fərriq beynəna iza fəraqtə ila xeyrin.


MƏNASI: "Allahım! Məni və yoldaşımı bir-birimiz üçün bərəkətli et. Allahım, yoldaşımı məndən faydalandır, məni də ondan. Allahım! Bizi bir yerə cəm etdiyin müddət ərzində xeyirdə cəm et və ayırsan da, xeyirlə ayır”.1


Bu rəvayət isnadında olan bəzi şəxslərə görə zəif hesab olunur. Təbəraninin kitabında qeyd olunan və buna nəzərən daha mötəbər olan rəvayətdə isə bu dua peyğəmbərin deyil, məhz Abdulla ibn Məsudun tövsiyəsi kimi qeyd edilir.2



Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. 



  1. Əli ibn Əbu Bəkr əl-Heysəmi, məcməu-z-zəvaid və mənbəu-l-fəvaid, 4-cü cild, s. 291-292. []
  2. Heysəmi, eyni əsər, s. 292. []
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 906
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri