Təbəssüm etməyi Peyğəmbərimiz (s.a.s) kimi bacarırıqmı

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 3 169
Səs ver:
(səs: 5)
Təbəssüm "bəsəmə” sözündən götürülmüşdür. Lüğətdə bir neçə mənada işlənir: Bəziləri onu gülüşün ən az forması kimi mənalandırır, bəziləri dodaqların sevinmək üçün açılması kimi, bəziləri dişlərin görünməsi kimi mənalandırırlar.

Bəs Quranda təbəssüm necə təsvir edilir.
Quranın buyurduğu kimi, təbəssüm "səssiz gülüş"
deməkdir. Təbəssüm sözü Quranda bir dəfə işlənmişdir. "Süleyman qarışqanın bu sözünə gülümsədi və dedi: "Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!" 
("Nəml” surəsi-19). Bu sözün əks mənası olan qəhqəhə Quranda işlənməmişdir.

Bəs Hədislərdə təbəssüm haqqında nə deyilir?
İmam Sadiq (ə.s) buyurur: "Möminin gülüşü - təbəssümdür”
Hədislərin bir çoxunda oxuyuruq ki, din qardaşlarının üzünə təbəssüm etmək müstəhəb əməllərdəndir. İmam Sadiq (ə) bu sözün əks mənası olan qəhqəhə haqqında buyurur: "Qəhqəhə çəkmək - şeytandandır”.
Hədislərdə oxuyuruq ki, İslam Peyğəmbəri (s.ə.v) elə gülərdi ki, dişləri görünməzdi.

Bəs əxlaqda təbəssüm necə qiymətləndirilir.
Əxlaq elmində də çox gülmək və zarafat etmək məzəmmət edilmişdir. Ancaq təbəssüm - əxlaq elminin bəyəndiyi və mədh etdiyi əməllərdəndir.
Əllamə Molla Əhməd Nəraqi buyurur: "Qadağan edilən gülüş qəhqəhədir ki, səslə olar. Ancaq o kəs ki, səssiz təbəssüm edər, qadağan edilməmişdir. Peyğəmbərin (s.ə.v) təbəssüm etməyi məşhurdur”.
Əxlaq alimləri həddini aşan gülüşü məzəmmət edirlər. Əgər kimsə bu işə adət etsə, yaxşı sayılmır. Ancaq əgər iradəsiz gülərsə, günah sayılmaz. Çünki iradəsi olmadan səsi xaric olmuşdur.
Həzrət Peyğəmbər (s.ə.v) həmişə ümmətinə təbəssüm etməyi tövsiyə edərdi. Belə ki, Peyğəmbər (s.ə.v) buyurur: "Sənin üzündəki təbəssüm din qardaşın üçün sədəqədir”. Bundan başqa, hər kim həyatda təbəssüm etməyi bacarır ömrü uzun və cismi sağlam olar. Çünki insan üzündə təbəssüm edən zaman qəlbi də onun ardınca sevinər və gülümsəyər.
Bunu da nəzərə almaq lazımdır ki, İslam dini gülüşü və ağlamağı bərabər sayır. Heç birini o birisindən üstün hesab etmir. Hər birini həyatın bir həqiqəti kimi qəbul edir. Əlbəttə adi halda insan gərək gülümsəsin. Belə ki, Peyğəmbərimiz (s.ə.v) həyatın çətinliklərinə baxmayaraq, həmişə təbəssüm edərdi.

Biz də Həzrətin (s.ə.v) davamçısı kimi həyatın çətinliklərinə baxmayaraq, gülümsəməyi bacaraq və din qardaşlarımıza təbəssümlə sədəqə verək. 
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 3 169
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri