Hədis dəryasından incilər

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 2 887
Səs ver:
(səs: 3)
 
 İslam müqəddəslərinin hər bir kəlamı dərin mənaya malikdir. Bu kəlamlar müsəlmanın həyatına işıq tutur, hər vəziyyət qarşısında nə etməli olduğunu ona başa salır, çətinliklər zamanı ona ümid verir, dünyada və axirətdə xoşbəxt olmağın yollarını öyrədir.
 
Dünya və axirətdə xeyir qazanmağın yolu

İmam Əli (ə) buyurur ki, bir nəfər Həzrət Mühəmməd Peyğəmbərin (s) hüzuruna gəlib dedi: "Mənə elə bir şey öyrət ki, onu etməklə Allahın sevimlisi olum, insanlar da məni çox sevsinlər. Allah mal-dövlətimi artırsın, canımı sağlam etsin, ömrümü uzatsın, qiyamət günündə də Səninlə birlikdə məhşərə gətirilim”.

Peyğəmbər buyurdu: "Altı xasiyyət altı xasiyyətə möhtacdır. Əgər Allahın sevimlisi olmaq istəyirsənsə, Ondan qorx və Onun hökmlərinə münasibətdə təqvalı ol. Əgər camaatın səni sevməsini istəyirsənsə, onlara yaxşılıq et, onların əlində olanlardan gözünü çək. Əgər istəsən ki, Allah mal-dövlətini çoxaltsın, onu haramdan təmizlə (zəkatını ver). Əgər istəsən ki, Allah bədənini sağlam etsin, bunun üçün verdiyin sədəqələri artır. Əgər istəsən ki, Allah ömrünü uzatsın, qohum-əqrəba ilə mehriban ol. Əgər qiyamətdə mənimlə birlikdə məhşərə gəlmək istəyirsənə, vahid və qəhhar Allahın qarşısında ibadət edərkən səcdələri uzat”.

(Səfinətül-Bihar, I, 599). 

Altı neməti altı yerdə axtarın 

Allah-təala Həzrət Musa Peyğəmbərə (ə) vəhy etdi: "Ey Musa! Altı neməti altı yerdə gizlətdim. İnsanlar onları tamam başqa yerlərdə axtarırlar, amma heç vaxt orada tapa bilməzlər.

Rahatlığı cənnətdə yerləşdirdim, insanlar isə onu dünyada axtarırlar.

Elm və biliyi aclıqda və çalışqanlıqda qərar verdim, amma insanlar onu toxluqda axtarırlar.

Hörmət-izzəti gecələr oyaq qalıb ibadət etməkdə gizlətdim, onlar isə sultanların qapısında axtarırlar.

Ucalığı və məqamı təvazökarlıqda yerləşdirdim, insanlar onu təkəbbürdə axtarırlar.

Duaların qəbul olma şərtini halal loğmada qərar verdim, insanlar isə onu boş-boş danışıqlarda axtarırlar.

Ehtiyacsızlığı qənaətdə gizlətdim, amma insanlar onu mal-dövlətin çoxluğunda axtarırlar və heç vaxt orada tapa bilməzlər”.

(Müstədrəkül-Vəsail, XII, 173).

Ölüyə nə fayda verər? 

İmam Cəfər Sadiq (ə) buyurub:

"Mömin vəfat edəndən sonra altı xüsusiyyət ona fayda verər: onun üçün istiğfar edən (günahlarının bağışlanması üçün Allaha dua edən) əməlisaleh övlad, oxuduğu Quran, qazdığı su quyusu, əkdiyi ağac, sədəqə olaraq verdiyi (yəni müsəlmanlara vəqf etdiyi) bulaq və ondan yadigar qalan, camaat tərəfindən davm etdirilən gözəl adət-ənənə”.

(Biharül-ənvar, cild 71, səh. 257).
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 2 887
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri