Tovbe nedir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 293
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/1318151275-656.jpg


Tövbə: şeytana və nəfsə qarşı güclü silahımız

İnsan aldanır. Onu ya şeytan yoldan çıxarır, ya da nəfsi...
Bu iki amil bir ömür boyu insandan əl çəkmir, günah işləməyə vadar edir. Bu, qaçılmazdır. Ona görə də dünyada günahsız insan yoxdur. Az da olsa, çox da olsa, hər kəsin günahı var.
İşlədiyimiz hər bir günah qəlbimizə qara ləkə salır. Hər günah işləyəndə tövbə edərək bu ləkələri yumasaq, qəlbimiz qaralar. Tövbə günahlardan təmizlənmək üçün yeganə fürsətdir. Bu fürsətdən vaxtında faydalanmaqla bədənimizi və ruhumuzu kirdən, pasdan, ləkədən təmizləyə bilərik.
Tövbə günahdan savaba keçən açıq yoldur. Bəziləri elə düşünürlər ki, xırda günahların insana zərəri yoxdur. Bu, səhv fikirdir. Hər xırda günahdan böyük günaha gedən yol var. Başqa bir ifadə ilə desək, xırda günahlar insanı böyük günahlara alışdırır. Ona görə də günahın xırdasına, böyüyünə baxmadan hamısından uzaq durmaq lazımdır.
Tövbə etmək səmimi qəlbdən peşman olmaq deməkdir. Bağışlanmaq üçün dua etmək lazımdır. Allah (c.c.) bol-bol dua edən, tez-tez tövbə edən qullarını çox sevir. Bizi Allahın sevgisindən məhrum etmək üçün şeytan sağımızdan, solumuzdan bizə hücum edir, hər vəchlə bizi yanlış yola salmağa çalışır. Təəssüf ki, bir çox hallarda da buna nail olur. Bizim belə səhvlərimizə qarşı yeganə sığınacağımız yenə Allahın mərhəmətidir ki, buna gedən yol da tövbədir.
Bu məsələdə şeytanın ən böyük silahdaşı nəfsimizdir: içimizdə gəzdirdiyimiz, bir an belə bizi tək buraxmayan, həmişə bizi səhv yollara sürükləyən nəfsimiz.
Gözlərini dünya malına dikənlər bu dünyanın fani olduğunu unudurlar. Onlar fikirləşmirlər ki, bir gün öləcəklər, ümid bağladıqları o var-dövlət onların harayına gəlməyəcək.
İmkanımız daxilində kasıblara əl tutaq, yetim-yesirə sahib çıxaq. Unutmayaq ki, xoş niyyətlə xərclədiyimiz pullar boşuna getmir, sərf etdiyimiz pullar bu dünyada insanların rəğbəti formasında, axirətdə isə cəhənnəm atəşindən qoruyan zireh şəklində bizə qayıdacaq.

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 5 293
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri