Hz. Əlinin (ə.) kəlamları

Müəllif: Wiyinka
Şərhlər: 4
Baxılıb: 12 500
Səs ver:
(səs: 4)
Paxıl adamın rahatlığı olmaz.

İntiqam almaqla ağalıq tutmaz.

Ağıllı adamın zənni də gerçək olar.

Ədavət qəlb üçün böyük yükdür.

Qəlbi çətin işlərə məcbur etsən kor olar.

Ədəb ağlın surətidir, yəni ədəbi olan kimsənin ağlı olar.

Tamahkar insanın həyası olmaz.

Paxıl insan günahsız insana qeyzli olur.

Başqalarının nəsihətinə qulaq asan xoşbəxtdir.

Şər adamda pis eyiblər cəm olub.

Çox razılığa gəlməyin və çox ədavətin axarı ayrılıqdır.

Özünə güvənməyən istəyinə yetməz.

Zülm edən şəxs özünü məhvə doğru aparır.

Hər udum suda bir əzab, hər loxma təamda bir qüssə var.

ALLAHın qəzavü-qədəri gələn zaman ehtiyat etmək fayda verməz.

Ehsan vermək pis niyyətli adamların dilini kəsər.

Şərafət elm və ədəblədir, əsl-nəcabətlə deyil

Əsl-nəcabətin və şərafətin ən yaxşısı xoşxasiyyət olmaqdır.

Ən böyük əsl-nəcabət ədəbli olmaqdır.

Axmaqlıq ehtiyac içində olmaqdan betərdir.

Təkəbbürlük başqalarının ona olan nifrətinin səviyyəsini göstərir.

.Ən böyük dövlət ağıldır. Ağıllı kimsə həqiqətdə möhtac deyil, bəlkə də hədsiz dövlətlidir.

Neməti tələf edən şeydən çəkin.

Tamah olan başda ağıl olmaz

Ağıllı adam sözünün yaxşısını və pisini əvvəlcə fikirləşib danışar.

Öz iradəsini cilovlaya bilməyəni əcəl öz tərəfinə çəkər.

İlk nemətin yetişdiyi zaman, şükr etməklə, davamını qaçırtmayın.

Öz ehtiyacını kimsəyə bildirən, öz zillətinə razı olar.

Dilinə malik ola bilməyən, dilini özünə əmir və hakim edən kimsə biabır olar.

Simiclik insana ardır, qorxu isə nöqsan.

Ehtiyac ağıllını da əqidəsindən döndərər.

Malı az olan öz vilayətində də qəribdir, heç kəs onu tanımaz.

Gözəl davranış insana həmişə təzə zinətdir.

Ürəyi açıqlıq və üzü gülər olmaq məhəbbətin torudur ki, insanları onunla ovlamaq olar.

Özündən razının düşməni çox olar.

Axmaqlarla yoldaşlıq etməkdən çəkin, çünki axmaq yaxşılıq etmək istəsə də, ondan ancaq zərər gələr.

Paxıl və yalançılarla dostluq etməkdən çəkinin.

Kişinin qədir və hörməti öz səy və çalışqanlığına görədir.
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 12 500
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri