Cənabətli insan hansı işləri etməməlidir?!

Müəllif: Miss_Oxatan
Şərhlər: 6
Baxılıb: 3 509
Səs ver:
(səs: 1)
Cənabətli adamın Quranın cildinə, vərəqindəki boş yerlərə toxunması, Quranı özü ilə gəzdirməsi məkruhdur. Quranın yazısına toxunması isə haramdır. Quranın vacib səcdə ayəsi olmayan surələrindən 7 ayədən artıq oxumaq da cünüb adama məkruhdur.Cənabətli halda saç-saqqala həna və rəng qoymaq, bədənə yağ sürtmək bəyənilməzdir. Bu adama yemək-içmək və yatmaq da məkruh sayılır. Amma yeməkdən əvvəl əllərini və üzünü yusa, ağzını cu ilə yaxalasa, yemək məkruh olmaz. Həmçinin, yatmazdan qabaq dəstəmaz alsa ya su yoxdursa təyəmmüm etsə, məkruhluq aradan qalxar. Yuxuda cünüb olan adamın qüsl almadan cinsi əlaqəyə girməsi də məkruh sayılır.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 509
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri