Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəmdən qurtulmağın effektiv yolları
Qəmdən qurtulmağın effektiv yolları
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 2655
Səs ver:
 
Bu gün müasir elm insanların qəmini aradan qaldırmaq üçün çox sayda yollar məsləhət görür ki, onların əksəri qısamüddətlidir. Bunların çoxu insanın ruh və canına heç də yaxşı təsir qoymur.

Həzrət Əli (ə) insanın qəm və qüssəsini aradan qaldırıb yerini sevinclə doldurmaq üçün bir neçə mübarək məsləhət vermişdir.
1. Dünyanın fani olmasına diqqət etmək. İmam Əli (ə) Səlman Farsiyə yazdığı məktubda yazır: "Dünya qəmini başından çıxart. Çünki onun halının dəyişkən olmasına və ondan ayrılmağa yəqinin vardır”. İnsanın dünyanın fani olmasına diqqət etməsi nəticəsində o, dünyada olanlara ürək bağlamaz. Ona görə də dünyada əldə etmədiklərinə və əldən verdiklərinə görə qəm yeməz. Bu cür insan bilir ki, dünyanın eniş və yoxuşları vardır. Ona görə də dünyanın çətinliklərinə görə pərişan olmaz. İmam Əli (ə) buyurur: "Çətinliklər sona çatan zaman, işlər açılar. O zaman ki, bəlanın halqası daralar, rahatlıq gəlib çatar”.

2. Axirət savabına diqqət etmək. İmam Əli (ə) buyurur: "Dünyanın acısı axirət şirinliyilədir, dünyanın şirinliyi axirətin acı haramı ilədir”. O kəs ki, axirət savabına imanı var, dünyanın çətinliklərinə səbir edər və dözər. İnsan əgər dünya acısına və çətinliklərinə səbir edərsə, axirətdə savaba çatar. Ancaq dünyanın haram ləzzətlərinə qərq olmaq axirətdə acı həqiqətləri ona dadızdırar. Dünya çətinliklərinə səbir edən insan qəmgin olmaz. Haram ləzzətlərə meyl etməz və ona görə qəm yeməz. 

3. Gəlməmiş günün qəmini yeməmək. İmam Əli (ə) buyurur: "Ey Adəm övladı! Gəlməmiş günün qəmini bu gün yemə! Əgər gəlməmiş gün sənin ömründən olsa, Allah ruzini yetirəcəkdir”. Başqa yerdə buyurur: "O kəs ki, Allahın ruzisinə razı olar, əlindən getdiklərinə görə qəmgin olmaz”. Əgər insan həqiqi ruzi verənin Allah olduğuna inansa və qəbul etsə, Onun tərəfindən gələn hər şeyi qəbul edər və ona razı olar. Bu cür insan belə bir inancda olmayan insandan daha sevincli və şad olar. 

4. Haram dünyaya eşq bəsləməmək. İmam Əli (ə) buyurur: "O kəs ki, haram dünyaya eşq bəsləyər, daxili qəmlə dolu olar. Dünyadan əl çəkmək ona inanmaqdan daha ləzzətlidir”. Dünyapərəst insan həmişə əldə edə bilmədiklərinin qəmini yeyər. Qəlbi daima qəmlə dolu olar. Dünyaya bağlanmaq insana iztirabdan başqa bir şey gətirmir.


Şərhlər:
Baxılıb: 2655
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz