Allah və Hüseyn (ə) eşqi

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 3 510
Səs ver:
(səs: 3)
Bir gecə Hüseyn ibni Əli (ə) atasının dostlarından biri ilə Məkkeyi-Müəzzəmədə nənəsi Xədiceyi-Kübranın (s.ə) qəbrinin yanına gəldi, göz yaşı axıtdı, sonra yanında olan Ənəsə belə söylədi:
"Məndən və bu məkandan bir qədər aralan və məni tək burax.” Ənəs deyir: Mən bir kənara çəkilib gizləndim, Hüseyn (ə) namaza durdu, münacatı və namazı uzun çəkdi. Eşitdim ki, deyir:
"Ey Pərvərdigar, Sən mənim–Öz bəndənin mövlasısan, Öz kiçik quluna rəhm elə ki, onun pənahgahı Sənsən.”
"Ey böyük sahib, Sənin üstünlüklərin mənim arxamdır. Xoş o adamın halına ki, Sən onun mövlasısan!”
"Xoş o adamın halına ki, Səndən qorxur, gecələr oyaqdır və öz çətinliklərini Sənin dərgahına söyləyir.”
"Və heç bir dərd və xəstəlik onun öz mövlasına olan eşqindən artıq deyildir.”
"Kim hər zaman öz qəm-qüssəsini bəyan etsə, Allahı onun cavabını verər və "ləbbeyk” deyər.”
"Kim ki, gecənin qaranlığında dua etməyə və ağlamağa başlayarsa, Allah onu əziz sayar və Öz yaxınına buraxar.”

Bu şərəfli münacatın davamı vardır, oxumaq istəyənlər İbni Şəhraşubun "Mənaqib” kitabına müraciət edə bilərlər.[Mənaqib, c.4, səh.69 / Biharul-ənvar, c.44, 193(yeni nəşr)]
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 3 510
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri