İmam Hüseyn (ə) öz düşmənlərindən su istəmişdirmi?

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 3 793
Səs ver:
(səs: 1)
 
Aşura gününün birinci yarısında köməkçiləri, ailəsi və özü susuzluqdan əzab çəkən imamın (ə) düşməndən su istəməsi haqqında mötəbər mənbələrdə heç bir məlumat yoxdur. Susuzluq mövzusu məddahların təsvir etdiyi səviyyədə heç bir mənbədə göstərilməyib. İmamın (ə) Aşura günü oxuduğu şerlər, dilindən qopan sözlər misilsiz izzət və şərəfi təcəssüm etdirir. İmamın (ə) məşhur bir bəyanına nəzər salmaqla hər şey aydın olur: "Agah olun ki, zinazadə oğlu zinazadə (İbn Ziyad) bizi iki yol arasında qoydu. Ya siyrilmiş qılıncla döyüşə girməli, ya da Yezidə beyət etməklə zillət libasına bürünməliyik. Amma zillət bizdən çox uzaqdır. Allah, Onun rəsulu, möminlər, pak ağuşda böyüyənlər və qeyrətli kişilər rəva bilməzlər ki, biz alçaq adamlara itaəti izzətli ölümdən üstün tutaq”.
Bəzi əzadarlıq məclislərində imam Hüseyn (ə) inqilabının izzət və şərafəti sönük təsvir olunur. Sanki insanlarda imamın halına acımaq hissi təlqin edilir. İnsanları həyəcanlandırmaq üçün həqiqətə uyğun olmayan səhnələr canlandırılır.
Bu sayaq əsassız və yalan məlumatlara bir misal çəkək: "İmam (ə) ibn Sədin yanına gedib üç şey istədi. Onun ikinci istəyi bu oldu: "Mənə bir az su verin, ciyərim susuzluqdan yanır” İbn Səd imamın istəyini alçaqcasına rədd etdi.”[Əlmüntəxəb, səh.439]
Bəli, belə sözlər daşı da ağlatmağa qadir olsa, imamın izzət və şərəfinə zərbə vurur.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 793
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri