Yerinə yetirməli olduğumuz 10 haqq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 872
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1319113101-656.jpg

1. Allahın haqqı.
Bu haqq hər bir müsəlman üçün ən mühüm olan haqdır. Allah-təala bizə yalnız Onun təkliyinə inanmağımızı buyurur ki, biz insanlar Onun əmrlərini yerinə yetirək və qadağan edilənlərdən çəkinək.
«Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət sahibi olan da Allahdır!» («əz-Zariyat» surəsi, 56-58)

2.Məhəmməd peyğəmbərin (s.ə.s) haqqı.
Məhəmməd peyğəmbər (s.ə.s) miladi tarixlə 570 və ya 571-ci ildə anadan olub, Allah-təala onu 40 yaşında bütün bəşəriyyət (insanlar və cinlər) üçün peyğəmbər seçmişdir.

«Peyğəmbər sizə nə verirsə (şəriət hökmü) onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin, Allahdan qorxun! » («əl-Həşr» surəsi, 7)


3.Valideynin haqqı..
Allah və Onun elçisindən sonra, hər kəs üçün ən fəzilətli olan onun valideynidir. Övlad üçün ata-ananın hər birinin özünə görə fəziləti var. Lakin, ananın fəziləti daha çoxdur:

«Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı.» («Loğman» surəsi, 14)


4.Övladın haqqı..
Övladı islam tərbiyəsi ilə böyüdüb cəhənnəm odundan qorumaq Allahın əmrlərindəndir. Övladı əzizləmək, qayğısına qalmaq, onun üçün xeyirli dua etmək və tərbiyə vermək buyurulur.

«Ey iman gətirənlər! Özünüzü və əhli- əyalınızı cəhənnəm odundan qoruyun! » («ət-Təhrim» surəsi, 6)

5.Qohum haqqı..

İnsanların bir çoxu bu haqqı unudaraq qohumlarını tərk edir. Şəriətə görə çətinlikdə də, firavanlıqda da qohumları ziyarət edib onların haqqını ödəmək lazımdır.

«Qohum-əqrabanın haqqını ver («əl-İsra» surəsi, 26)
Qeyd: Qohum kafir olsa da belə, onun haqqı ödənilməlidir.

6.Qonşunun haqqı..

Qonşunun haqqı aşağıdakı kimidir:

- Evdə bişirilən yeməkdən imkan daxilində qonşuya vermək:
- Qonşunun qadını ilə zina və qonşudan oğurluq etmək haramdır:
- Qonşuya əziyyət verməmək:
- Qonşu kafir olsa da, ona yaxşılıq etmək.
«Allaha və axirət gününə inanan qonşusuna yaxşılıq etsin» («Müslim», 174)

7.Ərlə arvadın bir birinə olan haqqı..

Ərin boynunda olan haqlar:

- Yemək, içmək, geyim və yaşayış yeri ilə qadını təmin etməli, qadınla kobud rəftar etməməli və onlara diqqət göstərməlidir.
Arvadın boynunda olan haqlar:
-Ərinə qulluq etməli, onun etdiyi yaxşılıqlara qarşı nankor olmamalıdır

8.Hakimlərin haqqı..

Hakim hər hansı bir topluya başçılıq edəndir. Hakimlərə tabe olmaq, xeyirdən və hidayətdən onlar üçün də diləmək, Allahın onlara verdiyi ruziyə göz dikməmək bu haqdandır. Yalnız Allahın haram buyurduğu işlərdə (oğurluq və s.) hakimə tabe olmaq haramdır.

«Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə (hakimlərə) itaət edin!» («ən-Nisa» surəsi, 59)


9.Müsəlmanların bir birinə olan haqqı..
Müsəlmanlar öz aralarında bir birilərinə qarşı mərhəmətli olmalıdırlar. Müsəlman olan şəxs digər müsəlmana zərər vurmamalıdır. Müsəlman bacardığı qədər pisliyi yaxşılıqla dəf etməlidir. Müsəlman qardaşının səhvini gördükdə onu düzəltməyə çalışmalı, müsəlmanlar arasında sülh yaratmalıdir, onlara əziyyət verməməlidir. Müsəlman ticarət etdikdə aldatmamaq bu haqdandır.


10.Qeyri-müsəlmanların haqqı..

Kafirlər və müşriklər Allahın, Peyğəmbərin və müsəlmanların düşmənidir. Lakin bununla belə onların da haqqını ödəmək, onlara qarşı ədalətli olmaq biz müsəlmanlara aiddir.

«Əgər müşrikdən biri səndən iman istəsə, ona iman ver ki, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır» («ət-Tövbə» surəsi, 6)

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 872
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri