ALLAH DUALARIMIZI QEBUL ETSIN

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 8 386
Səs ver:
(səs: 2)
http://imgs.su/tmp/1319266389-656.jpg

1) “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram.
Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram”. (Hud, 47)

2) Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və (bütün)
mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”. (Nuh, 28)

3) “Ey Rəbbimiz! (bunu) bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!
Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et.
Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən,
Sən tövbələri qəbul edənsən, Rəhmlisən! (əl‐Bəqərə, 127‐128)

4) Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et!
Ey Rəbbimiz! Duamı qəbul elə! (İbrahim, 40)

5) Ey Rəbbimiz! Haqq‐hesab günü məni, valideynlərimi və möminləri bağışla!” (İbrahim, 41)

6) Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!
Sonra gələnlər arasında (həmişə yad) (edilim) (deyə) mənə yaxşı ad qismət elə!
Məni Nəim bağının varislərindən et! Onların dirildiləcəyi gün məni rüsvay etmə! (əş‐Şuəra, 83‐85, 87)

7) “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (övlad) bəxş et!” (əs‐Saffat, 100)

8) “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et!
Şübhəsiz ki, Sən duaları Eşidənsən”. (Ali‐İmran, 38)

9) “Ey Rəbbim! Məni tənha buraxma.
Sən varislərin ən yaxşısısan!” (əl‐Ənbiya, 89)

10) “Ey Rəbbim! Elmimi artır!” (Taha, 114)

Amin...


alt

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 8 386
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri