Hamı inanır ki, O gələcək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 489
Səs ver:
(səs: 0)
http://imgs.su/tmp/1319275208-656.jpg

Hamı inanır ki, O gələcək
Dünyanın bütün din və məzhəblərində, millətlərində zamanın axırında zühur edəcək, insanların xəyanət və cinayətlərinə son qoyacaq və ədalət əsasında vahid dünya hökuməti quracaq xilaskarın gəlişinə ümid və inam vardır. Dünyanın böyük islahçısının müjdəsi Qurandan əlavə bütün səmavi kitablarda qeyd olunmuşdur. Qurandan başqa nazil olan səmavi kaitablar təhrif olunsa da orada dünyanı islah edən, vahid dünya hökuməti quracaq şəxsin gəlişi barədə bəzi cümlələr qalmışdır.
Vəd edilmiş Məhdi (əc) Davudun (ə) Zəburunda
Davudun (ə) Zəburunda Həzrət Məhdinin (əc) barəsində çoxlu müjdələr vardır. Demək olar ki, onun hər bir hissəsində həzrətin zühur etməsi, saleh insanların şərr insanlara qələbə çalması, vahid dünya hökumətinin təşkil olunması və bütün dinlərin bir dinə çevrilməsi haqqında müjdələr mövcuddur. Maraqlı burasındadır ki, Qurani-Kərimin həzrətin zühuru haqqında Zəburdan nəql etdiyi mətləblər indiki Zəburda da mövcuddur və təhriflərdən qorunmuşdur. Qurani-kərimdə belə buyurulur: "Biz Zəburda yazmışıq ki, mənim saleh bəndələrim yer üzünün varisi olacaqlar." (Ənbiya, ayə 105)
Şiə və sünnü yolü ilə gələn rəvayətlərdə bu ayə Həzrət Məhdinin (əc) zühuruna aiddir. Quran bu mətləbi Zəburdan nəql edir. Eyni ilə həmin cümlələr Zəburda da mövcudur: "Çünki, şərr insanların ardı kəsiləcək. Allahın intizar çəkənləri yer üzünün varisi olacaqlar. Allah salehlərə kömək edəcək. O, millətlərə insafla hökumət edəcək. Yer, göy şadlanacaq. Dərya, səhra və oarada olanlar vəcdə gələcək. O zaman bütün meşələrin ağacları sevinəcək. Çünki, O, gələcək."Həzrət Məhdi (əc) barədə olan müjdələr Zəburda çoxdur. Onun otuz beş hissəsində Zühur haqqında 150 dəfə müjdə verilir.

Vəd edilmiş Mehdi əhdi-ətiqdə (Tövrat və s.)
"Allah Ibrahimə (ə) zahir olub dedi: - Bu yeri sənin nəslinə bağışlayıram. Gördüyün yerlər həmişəlik sənin və sənin nəslinin olacaaq. Səmaya baxıb ulduzları say, əgər saya bilirsənsə. Sənin nəslin də o qədər olacaq. Səni kəldanilərin içindən çıxaran mənəm ki, bu yeri sənə bağışladım. Sənin adın Ibrahim olacaq. Çünki səni çoxlu millətlərin ağası etmişəm. Səndən ümmətlər və padşahlar vücuda gələcək. Sənin əhdini özünün və zürriyyənin içində möhkəmləndirəcəyəm ki, nəsilbənəsil əbədi əhd olsun. Ismail barədə olan sözünü qəbul etdim. Indi ona bərəkət verib nəslini artıracağam. Ondan on iki başçısı olan böyük bir ümmət vücuda gətirəcəyəm."
"Ibrahimdən böyük bir ümmət yaranacaq ki, dünyanın bütün ümmətləri ondan bərəkət tapacaq."
"Aşi (Davudun (ə) atası) ağacından bir budaq göyərəcək. Allahın ruhu onda qərar tutacaq. Miskinlərə ədalətlə rəftar edəcək. Canavar quzu ilə yaşayacaq. Pələng keçi ilə bir yerdə qalacaq. Mənim büğün müqəddəs dağlarımda zərər və fəsad olmayacaq. Çünki, dünya ilahi bir mərifətlə dolacaq."
"Yəqubdan bir nəsil varis olmaq üçün zahir edəcəyəm. Mənim seçdiklərim bu dağların varisi, bəndələri oranın sakini olacaqlar. Siz isə (yəhudilərə xitabdr) Allahı tərk edib müqəddəs dağı unutduğunuz üçün hamılıqla qətl üçün hazırlaşacaqsınız."

"Yerusəlim şadlıq mərkəzi olacaq. Nalə səsi bir daha eşidilməyəcək."
"O zaman sənin qəbilənin böyük əmiri olan Mikail (Həzrət Daniyala işarədir) ayağa qalxacaq."
"Yerin altında yatanlardan çoxu oyanacaqlar. Çoxlu insanlara rəhbərlik edənlər həmişə ulduz kimi olacaqlar."
"Ey Daniyal! Sən kəlamı gizli saxla! Kitabı o zamana qədər möhürlə! Çoxları tezliklə tərəddüdə düşəcək. Xoş olsun intizar çəkənlərin halına!"
"O, təxirə düşsə də gözlə. Çünki O, mütləq cələcək. Bütün millətləri öz ətrafında toplayacaq."
Vəd edilmiş Məhdi (əc) əhdi-cədiddə (Incil və s.)
"Günəş şərqdən çıxıb qərbə qədər uzandığı kimi insan oğlunun zühuru da belə olacaq. O zaman insan oğlunun əlaməti səmada görünəcək. Yerin bütün tayfaları sinələrinə döyəcəklər. Onlar insan oğlunun səma buludlarının üstündə qüvvət və cəlalla gəldiyini görəcəklər. Yer və göy aradan getsə də mənim sözüm aradan getməz. O gündən heç kəsin xəbəri yoxdur. Odur ki, siz də hazır olun. Çünki gümanınınz gəlməyən bir saatda insan oğlu gələcək." (Matta Incili, fəsil 24)
"Cah-cəlalla insan oğlu bütün mələklər ilə gələn zaman öz taxt-tacında oturacaq. Bütün ümmətlər onun hüzurunda cəmləşəcəklər." (Matta Incili, fəsil 25)

"O zaman insan oğlunu görəcəksiniz ki, böyük qüvvət və cəlal ilə buludlar üstündə gəlir. Həmin vaxt mələklər hər yerdən hazır olacaqlar. Lakin o gün atadan başqa heç kəsə məlum deyil. Dua edin. Günki, o günün nə vaxt gələcəyini bilmirsiniz." (Markus Incili, fəsil 24)
"Kəmərlərinizi bağlayıb çıraqlarınızı yandırın. Siz ağasını gözləyən qullar kimi olun ki, nə zaman gəlib qapınızı döysə, açasınız. Xoş o kəsin halna ki, ağası onu oyaq görsün. Siz də hazır olun. Çünki, güman etmədiyiniz bar saatda insan oğlu gələcək." (Luka Incili, fəsil 12, 21)
Şərqşünas Haksın dediyinə görə "Insan oğlu" kəlməsi əhdi-cədiddə 80 dəfə təkrar olunsa da, onun yalnız otuzu Həzrət Isaya (ə) tətbiq olunur. Əllisi isə dünyanın sonunda zühur edəcək xilaskara aiddir.
Vəd edilmiş Məhdi (əc) hindlilərin müqəddəs kitablarında
Hindlilər arasında səmavi kitab kimi tanınan və onun gətiricisinin peyğəmbər olduğu iddia edilən kitablarda Məhdi (əc) haqqında çoxlu sözlər vardır ki, onların bir qismini aşağıda nəzərinizə çatdırırıq. Bu məsələni əvvəldən qeyd etməliyik ki, biz bu kitabların səmavi kitab olduğunu və gətiricilərinin peyğəmbər olduğunu demirik. Amma bunu da qeyd etmək lazımdır ki, bu kitablarda qeyd olunan mətləblərin çoxu gələcəklə əlaqədar olduğu üçün ya həqiqətən də həmin kitabları gətirən şəxslər peyğəmbər olublar, ya da peyğəmbərlərin kitablarından götürüblər. Çünki, bu mətləblər ancaq vəhy mənbəyindən gələ bilər.
Hindlilərin müqəddəs kitabı olan Bask kitabında belə deyilir: "Dünyanın dövrü bütün mələklərə, pərilərə, insanlara başçı olan adil bir padşahla taamam olacaq. Haqq və düzgünlük onunla gələcək. Dənizlərdə, yerlərdə, dağlardakı gizli şeyləri ələ gətirəcək, göylərdən və yerlərdən xəbər verəcək. Ondan böyük heç kəs dünyaya gəlməyəcək."

Şakmuni kitabında deyilir: "Dünyanın padşahlığı iki dünyanın ağası olan Peyğəmbərin (s) övladı ilə tamamlanacaq. O, dünyanın qərb və şərqinə hökmranlıq edəcək. Mələklən, cinlər və insanlar onun əmrlərini yerinə yetirəcəklər. Allahın dini onunla diriləcək. Onun adı "Ayaq üstə durmuş (Qaim)" olacaq."
Riq Veda kitabında da belə qeyd olunur: "Vişnu insanlar arasında arasında görünəcək. O, hamıdan qüvvətli və güclü olacaq. Bir əlində quyruqlu ulduza bənzər qılınc, o biri əlində isə üzük olacaq. O, zühur edən zaman cünəş və ay qaralacaq, yer titrəyəcək."
Did kitabında belə qeyd olunub: "Dünya viran olandan sonra zəmanənin sonunda bir padşah gələcək. Onun adı Mənsur (Həzrət Məhdinin (əc) ləqəblərindəndir) olacaq. O, bütün dünyanı tutacaq. Hamını öz dininə gətirəcək. Mömin və kafiri tanıyacaq. Allahdan hər bir istədiyi yerinə yetəcək."
Hindlilərin bir başqa kitabında isə belə deyilir: "Günün müddəti sona çatıb köhnə dünya təzələnən zaman yeni mülkün sahibi meydana gələcək. O, dünyanın iki rəhbərinin nəslindəndir. Biri Peyğəmbər (s), digəri isə onun böyük vəlisidir (Əli (ə)). Yeni mülkün sahibinin adı "Yol göstərəndir". O, həqiqi padşah olub Allahın xəlifəsi olacaq və çoxlu möcüzələr göstərəcək."
Vəd edilmiş Məhdi (ə.f) Zərdüşt dinində
Zərdüştlərin müqəddəs kitabında zəmanənin axırında fəsadın yayılacağı barədə söhbət gedəndən sonra, o zaman qüvvətin Əhrimənlərin əlində olacağı qeyd olunur: "Həmin vaxt Ahuramazda tərəfindən kömək gələcək. Əhrimənlər məğlub olacaqlar."

Cəmasp özünün Cəmaspnamə kitabında Zərdüştdən nəql edir ki, Peyğəmbərin (s) qızının nəslindən olan "Dünya günəşi" və "Zamanın şahı" adlı bir şəxs Allahın hökmü ilə padşah olacaq.
Cəmaspnamədə oxuyuruq: "Haşim övladlarından bir nəfər gəlib babasının dinində olmaqla çoxlu ordu ilə birlikdə Irana tərəf gəlir və yeri ədalətlə doldurar. Ərəb peyğəmbəri (s) Məkkə dağları arasında zahir olan sonuncu elçidir. Onun nəslindən olan bir şəxs Məkkədə görünəcək. O, babasının dinində olmaqla onun canişinidir. Bütün dünya onun dininə gələcək."
Avestaların hissələrinin birində vahid dünya dövlətini təşkil edən dünyanın xilaskarı haqqında müjdələr verilmişdir.
Bura qədər dediklərimiz dünyanın müxtəlif dinlərinin kitablarında olan müjdələrdən nümunələr idi. Gələn yazıda isə dünya millətlərinin "Xilaskar" gözləməsi barədə və "Islam nəzərində Məhdi (ə.f)" haqqında yazını nəzərinizə çatdıracağıq.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 489
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri