Ölən adam üçün ağlamaq günahdırmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 861
Səs ver:
(səs: 4)
Dünyasını dəyişmiş adam üçün matəm saxlamaq, kədərlənmək və ağlamaq günah deyil. Bunlar insanın təbii hissləridir və onları ifrata varmadan büruzə vermək olar. Bütün müqəddəslərimiz öz əzizlərini ititrərkən səbrlə davranmış, amma kədərlərini də gizlətməmişlər. Həzrət Mühəmməd Peyğəmbər (s) oğlu İbrahimin vəfatına üzülmüş və ağlamışdı. Hətta səhabə Əbdürrəhman ibn Ovfun təəccübünü görəndə Peyğəmbər ona cavab vermişdi: "Bu göz yaşı bir rəhmətdir. Göz yaşarır, könül qəm-qüssə yeyir, amma biz Rəbbimizin razı olduğu sözlərdən başqa sözlər demərik...” Həmçinin, Ühüd savaşında şəhid olmuş Həmzə üçün qadınlar mərsiyə deyib ağlayanda Peyğəmbər bundan razı qalmışdı.

Əlbəttə, ölü üçün həddən artıq ucadan ağlayıb şivən salmaq, sifəti və yaxanı cırmaq, Allaha üsyan etmək dinimizə ziddir. Peyğəmbər və imamlar bu kimi halları görəndə həmişə etiraz etmişlər.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 4 861
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri