Heç bir zaman ayriliq olmasın

Müəllif: KRALİCEM
Şərhlər: 8
Baxılıb: 2 381
Səs ver:
(səs: 2)
«Həqiqətən, möminlər bir-biri ilə
qardaşdır. Buna görə də qardaşlar arasında barışıq yaradın...!» 1.

İslam təlimlərinə əsasən Allah qatında ən bəyənilmiş əməllərdin
biri də küsüləri, ayrı düşmüşləri bir araya gətirib, onları barışdırmaqdı.
Bir hədisdə Allahın Peyğəmbəri (s) bu haqda belə buyurur:

Qoy heç zaman ayrılıqlar olmasın
 
 
«Sizə namazdan, orucdan, sədəqədən daha fəzilətli bir şeydən
xəbər verimmi? Bu, insanlar arasında barışıq yaratmaqdır.» 2.

Qoy heç zaman ayrılıqlar olmasın

Ara vurmaq, ara qarışdırmaq Dinimizdə çirkin əməl olduğu kimi,
ara düzəltmək (istər ər - arvad arasında, istər iki sevgili,
istərsə də iki dost arasında) çox sevimli əməl sayılır.

Bu əməl o qədər əhəmiyyətlidir ki, hətta bunun üçün bəzi hallarda yalan
danışamağa belə icazə verilib. Belə yalanlara "məsləhətli” və ya "bəyaz” yalanlar deyilir.

Misal üçün bir hədisdə İmam Sadiq (ə) bu haqda belə deyir:

«Barışıq yaradan (bunun üçün yalan
danışmalı olsa belə) yalançı sayılmaz.» 3.

Qoy heç zaman ayrılıqlar olmasın

...Əsil müsəlman barışığa, sülhə və mehribançılığa meyilli olmalıdır.
Dağıdıcılıq, kin – kidurət, aqressiya müsəlmana yaraşan əxlaq deyildir.

Müsəlman qurucudr, yıxıcı deyil.

Müslman ara qurandı, ara vuran deyil.

Müsəlman dərd deyil, dərmandı.

Müsəlman ən gözəl insandı.

Bu arada, mübarək Ramazan bayramı astanasındayıq.
Bu bayramda ən gözəl əməllərdən biri də barışmaq,
küsülüləri barışdırmaqdı. Olanları əfv edib, keçənləri bağışlamaqdı.

Kimi oruc tutmaqdan qurtulmaq istəyər, kimi isə oruc tutmaqla
qurtular bütün günahlardan, xətalardan,
kin-kidurətlərdən, zülmət və qaranlıqlardan, aydınlığa çıxar...
 
Qurtuluşunuz mübarək olsun!

Qoy heç zaman ayrılıqlar olmasın

Qoy heç zaman ayrılıqlar olmasın,

Ürəklər vüsalla yansın, alışsın!

Könül nazlı yardan küsməsin bir də,

Bütün ayrılanlar gülüb, barışsın!

Buludlar qaranlıq salmasın daha,

Könül qəmli nəğmə çalmasın daha,

Sevənlər küsülü qalmasın daha,

Tezliklə insafa gəlib, barışsın!

Qardaşlar asmasın göz – qaşlarını,

Bacılar əff etsin qardaşlarını,

Əllər gözdən axan göz yaşlarını,

İncə təbəssümlə silib, barışsın!
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 381
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri