Kəfənim əynimdə, öz cənazəmdəyəm

Müəllif: Narminovski
Şərhlər: 4
Baxılıb: 3 285
Səs ver:
(səs: 3)
Xəyalən gələcəyə səfər etdim. Zamanı çox irəliyə, hətta həyatımın ən son dəqiqələrinə apardım. Budur, ölüm ayağındayam. Heç nə məni maraqlandırmır, nə ailə hayındayam, nə bu möhtəşəm evimin, nə problemlərimin. Ancaq öz canımın hayındayam. Halbuki, necə böyük istəklərim vardı, indi mənim üçün heç bir şey ifadə etmirlər. Qovuşmağı həsrətlə gözlədiyim sevdiyim belə artıq məni maraqlandırmır. Çox qəribədir, özümdən də çox istədiyimi düşünürdüm, amma indi sadəcə məni nələr gözləyir irəlidə irəlidə, bundan sonra nə olacaq, sadəcə onu bilmək istəyirəm, onun həyəcanını yaşayıram. Səfərimdə bir az da yol qət etdim. Budur, bu da mənim ölümüm. Ölmüşəm, əynimdə kəfən, öz cənazəmdəyəm. Baxıram ətrafa heyrətlə. Böyük bir izdiham var. Ardımca  göz yaşları tökən insanlara baxıram. Pərişan ailəmi, yasıma gələn o qədər insanı görürəm. Bu izdihamın içində gəzirəm. Lakin tənhayam. Hər zaman yanında olacağam deyən dostlarım, ailəm bəs niyə məni görmürlər? Harayıma çatmırlar? Mənə yaxın idilər, amma indi məni tərk ediblər, içlərində gəzirəm, amma görmürlər məni və birdən bu izdihamdan uzaqlaşıram. Ətraf qaranlıqdır, dünyada güclü gördüyüm insanlar, sevdiklərim, ailəm, dostum, yoldaşım, heç biri yoxdur və tənhayam. Dünyadan özümlə götürə bildiyim şey sadəcə ağ kəfənimdi. Evim, malım-mülküm, dəyərli əşyalarım - hamısını geridə qoymuşam.

Bütün həyat funksiyalarım dayanıb, bir saniyə əvvəl canlı olan bədənim bir saniyə sonra hərəkətsiz orada uzanıb. Bir azdan ölü bədənimi kəfənə sarıyıb tabuta qoyacaqlar, məzarım qazılacaq, torpağa atılacaq və üzəri örtüləcək. Həmişə səninləyəm deyən mənə ən doğma olan anam belə bir neçə saat ağlayıb sonra geri qayıdacaqlar, illər keçəcək ağıllarına belə gəlməyəcəm. Bəlkə də ara-sıra doğum günlərimdə ya da ölüm il dönümlərində şıltaq hərəkətlərimi yadlarına salıb ah çəkəcəklər. Bəs mənim aqibətim necə olacaq? Artıq bundan sonra ölmədən əvvəlki həyatımın bir saniyəsinə belə geri qayıtmaq imkanım olmayacaq. Dünyada çox qiymət verdiyim bədənim qəbirdə çürüyüb torpaq olarkən mənimlə birlikdə gələn yalnız Allaha olan imanım, gözləyəcəyim tək şey isə Allahın rəhməti olacaq.

Bəlkə də gənc bir qadının "rəngarəng həyat” mövzuları durarkən, niyə belə ağır mövzunu xəyal etməsi qınaq obyektinə çevrilə bilər. Amma mən hər zaman düşünmüşəm, bir insanın ölməzdən əvvəl ölmüş kimi olması, görəsən, necə olar deyə. Hər adamın nail olacağı bir hədəf, bir zirvə nöqtəsi və son nöqtəsi vardır. Hər həyat sahibinin də əldə edəcəyi son nöqtə ölümdür. Hər nəfs ölümü dadacaq. Sonra Bizə tərəf qayıdacaqsınız” (Ənkəbut surəsi, 57) ayəsi ilə bildirildiyi kimi hər birimiz bir gün ölüm anını yaşayacağıq. Bilirəm, çoxunuz ölümdən  bəhs etməyimi, ölüm haqqında düşünməyimi istəmirsiniz. İnsan ruhunda sevilməyən, istənilməyən şeyləri düşünməmək, yox qəbul etmək kimi bir meyillillik var. Amma bu qaçışdan başqa bir şey deyil.

Bəli, bu sadəcə qaçışdır... İndiyə qədər yaşayan bütün insanların öldüyü kimi, biz də öləcəyik. Bəs niyə bu qədər qəti və dəqiq olduğu halda insan bu həqiqəti özündən uzaq görmək istəyir?

De: "Qaçdığınız ölüm sizi mütləq haqlayacaq. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir.” (Cumə surəsi, 8)

Məncə, hər kəs ölmədən əvvəl xəyalən ölüb öz bədəninin ölümünə baxmalı, bu keçici dünyada sonsuza qədər qalacaqmış kimi sahib çıxdığı və bütün arzularına tabe olduğu bədəninin aqibətini düşünməlidir. Bilməlidir ki, o sonsuzluğa məhkumdur. Öləcək, bədən torpağın altında çürüyüb gedəcək, ruh isə Allah Qatına yüksələcək və hesab verəcək. Bu hesab necə olacaq, bunu düşünməlidir, bunun məsuliyyətini dərk etməlidir. Bəli, ölümü düşünmək insanın gözlərindəki qəflət pərdəsini qaldırır, Allah qarşısında məsuliyyətini artırır, dünyaya gəliş məqsədində iradəsini möhkəmləndirir
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 285
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri