Peyğəmbər(s.a.s)-q 40 sual (sual-3)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 258
Səs ver:
(səs: 1)
Sual 3. Göylərdən və məxluqatlardan xəbər ver, ya Məhəmməd.
Haqq-taala yeddi təbəqə göyləri nədən yaratdı?

Cisimləri nədir?
Peyğəmbər əleyhissəlam cavab verdi ki, haqq-taala həzrətləri göyü buxardan yaratdı.
 
Birincisinin adı Barşyadır. Mələklər səcdədə olmaqla ulularının adı İsmayıldır. Çox heybətli mələkdir. Bulud və yağmur üzərində rəhbərdir, heç bir vilayətə onun əmri olmayınca yağış yağmaz.

İkinci göy xas gümüşdəndir. Adı Qaydumdur. Ulu mələyinin adı Mikayıldır. Həm də orada bir bölük mələklər var. Bir-birinə zərər yetirməzlər, necə ki ulduzlar bir-birinə maneçilik etmirlər. Həmin mələklər də elədir.

Üçüncü göy qızıl yaqutdandır. Adı Maundur. Ulu mələyinin adı Səfaildir.

Dördüncü göy qızıl altundandır. Adı Aquradır, mələkləri qiyamətədək səcdədədirlər. Ulularının adı Arqundur.

Beşinci göy ağ incidəndir. Onun adı Mağundur. Mələkləri həmişə ruhlara səcdə edirlər. Ulularının adı Asfaildir.

Altıncı göy sarı yaqutdandır. Mələkləri həmişə onun adını belə oxuyur, səcdə edirlər: "Sübhanə rəbbi küllü şeyin Xamsquhu”.

Yeddinci göy nurdandır. Adı Ərbadır. Mələkləri həmişə Allahın birliyinə səcdə edirlər, ulularının adı Xaqandır.

Yeddinci göydə iki dəniz vardır. Aralarındakı məsafə otuz illik yoldur. O dənizlərdə mələklər də vardır ki, onların adətləri Haqq-Taala həzrətlərinə ta qiyamətədək Məhəmməd ümməti üçün ağlamaqdadır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 258
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri