Peyğəmbər(s.a.s)-ə 40 sual..(sual-9)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 921
Səs ver:
(səs: 3)
Sual-9
Hövzi-kövsərdən danış və Tuba ağacından xəbər ver, ya Məhəmməd.

Həzrəti fəxri-kainat cavab verdi: Haqq-taala hövzi-kövsəri cənnətdə mənim üçün yaratmışdır. Həmin o hovuzun böyüklüyü Safadan Yəmənədəkdir. Üç yüz fərsəx yoldur.
Suyu Ərş altından gəlir. Firdousi-əlaya axar. Rəngi qardan ağ, dadı şəkərdən şirindir. Hər kim o sudan bir qurtum içərsə, heç vaxt susamaz və ölməz. Hovuzun kənarları altundan, torpağı müşki-ənbərdən, içindəki daşlar incidən və mərcandandır.
Hovuvuzun kənarında qədəhlər qoyulub. Həmin qədəhlər ulduzların sayı qədərdir. Qiyamət günündə həmin qədəhlərlə ümmətimə su verməlidirlər. Xoşbəxt o kimsələrdir ki, hövzi-kövsərdən su içəcək.
Tuba ağacı mənim məqamımdır. Budaqları yaqutdandır. Ağacın altı gülzardır. Cənnət əhlinin biri digərini müşahidə etmək arzusunda olsa, Tuba altına gələr, mələklər atları hazır edərlər. Onlar atları minib cənnəti seyr edərlər.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 921
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri