Məscidə getməyin fəziləti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 963
Səs ver:
(səs: 1)
Həzrət Məhəmməd (s) buyurmuşdur: Məscidə tərəf addım atan şəxs‚ (hər addımın) müqabilində (bir) savab qazanar.

1. Məscidə sarı yola düşən şəxs‚ atdığı hər addımın müqabilində on savab qazanar.

2. Məscidə tərəf yola düşən şəxs‚ evinə qayıdanadək atdığı hər addımın müqabilində on savab qazanar. Həmçinin, onun əməl dəftərindən on günah silinər və nəticədə o‚ on mərtəbə ucalar.

3. Evindən məscidə getmək niyyəti ilə addım atan şəxs‚ əməl dəftərinə bir addımında bir savab yazar və o biri addımında isə bir günahını silər.

4. Allah-Təala (Qiyamət günü) üç şəxsə zamin olar: məscidə sarı yola düşən şəxsə Allah-Təala Qiyamət günü onu tapıb‚ behiştə göndərməyə‚ yaxud da onun əməlinin savabını verməyə zəmanət verər.

5. Azan oxuyanın (namaza) çağırışını qəbul etmək (namaza getmək)‚ Allahın rəhmət nəzərini cəlb edər və o‚ Behiştlə mükafatlandırılar. Mən onu rəd edən (namaza getməyən) şəxslə Qiyamət günü mübarizə aparacağam. Allah carçısının dəvətini qəbul edıb‚ məscidə gedən şəxsın xoş halına! Cənnət əhli olan mömin şəxslərdən başqa heç kəs müəzzinin (namaza) dəvətini qəbul etməz.

6. Məscidə getmək Allah və Peyğəmbərinin (s) əmrinə tabe olmaq deməkdir. Hər kim‚ Allah və Peyğəmbərinə (s) itaət etsə‚ Tanrı onu sadiqlər və şəhidlərlə birlikdə Behiştə daxil edər. O‚ Behiştdə həzrət Davudla (ə) həmsöhbət olar. Həzrət Davuda (ə) verilən savab qədər mükafatlandırılar.

7. Hər səhər-axşam məscidə getmək Allah yolunda cihad etməyin bir hissəsi sayılır.

8. Məscidə hər səhər-axşam Allaha xatir getməyən şəxsin əməlləri naqisdir.

9. Hər səhər-axşam məscidə gedən şəxsin hər gedişində Allah-Təala onun Behişt azuqəsini hazırlayır.

10. Sənin məscidə doğru gedişinin və oradan evə qayıdışının savabı bərabərdir.

11. Hər səhər-axşam məscidə gedən şəxs‚ bu əməlinə başqa işlərlə müqayisədə daha çox əhəmiyyət versə‚ Allah-Təala hər dəfə onun üçün Behişt nemətlərindən azuqə hazırlayar. Necə ki‚ sizlərdən hər biri sevdiyiniz şəxsin görüşünüzə gəldiyini gördükdə‚ ona (xüsusi) ziyafət təşkil edər.

12. Agah olun! Hər kim camaat namazı qılmaq niyyəti ilə məscidə gedərsə‚ hər addımının müqabilində yetmiş min savab əldə edər və elə bu qədər də onun əməl dərəcəsi artar.

13. Bu altı xislətdən biri hansı müsəlmanda olarsa‚ Allah-Təala onun Behiştə daxil olmasına zamin olar: ... Gözəl şəkildə dəstəmaz alıb‚ namaz qılmaq üçün məscidə gedən şəxs. Əgər bu şəxs məscidə gedərkən (ya qayıdarkən) dünyasını dəyişsə‚ Allah-Təala (onun Behiştə getməsinə) zamin olar.

14. Evində özünü təmizləyib‚ sonra da vacib namazlardan birini yerinə yətirmək üçün Tanrı evlərindən birinə sarı yola düşən şəxsin ilk addımı onun pis əməllərini təmizləyər‚ digər addımı isə (Behiştəki) məqamını yüksəldər.

15. Gözəl şəkildə dəstəmaz alib‚ yalnız namaz qılmaq üçün evdən çıxan şəxs‚ məscidə daxil olana qədər (hər addım attığında) ardıcıl olaraq sol ayağı onun pis əməllərini məhv edib‚ sağ ayağı da (ona) savab yazar.

16. Layiqli şəkildə dəstəmaz alıb‚ təkcə namaz qılmaq məqsədi ilə məscidə sarı yola düşən şəxs‚ oraya daxil olana qədər attığı hər addımda Allah-Təala onun günahlarını silib‚ məqamını yüksəldər. O, məscidə daxil olduğu vaxtdan namazın başlanmasına qədər olan müddətdə namaz qılan şəxs kimidir.

17. İmam Zeynül-abidin (ə): «Məscidlər Allahın evləridir. Məscidə doğru şövqlə tələsən insanlar‚ fərəhlə Allahın hüzuruna‚ görüşünə tələsmiş kimidirlər».

18. İmam Sadiq (ə): «Yağışlı və ya quru havada məscidə tərəf irəliləyən şəxsi‚ yerin yeddi qatı mədh edər.»
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 963
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri