Qədr gecələri nə vaxtdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 119 930
Səs ver:
(səs: 16)
Ramazan  ayın gecələrindən birində müqəddəs kitabımız olan Qurani-Kərim nazil olub. Həmin gecə "qədir" və ya "əhya" gecəsi adlanır. Qədir gecəsinin konkret olaraq hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir.

Rəvayətlərin birində deyilir ki, bir yaşlı kişi Peyğəmbərə (s) söyləyir ki, uzaq yoldan gəlib məsciddə oturmaq mənə çətindir, əgər Qədr gecəsinin hansı gecə olduğunu bilsəm, həmin gecə məscidə gələrəm. Peyğəmbər onun qulağına nəsə deyir. Rəvayət edirlər ki, həmin kişi hər ramazan ayının 23-cü gecəsi məscidə gələrmiş.

İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-si gecələrindən biridir. Qurani-Kərimdə "Qədir surəsi" vardır. Bu surədə qədir gecəsi haqqda belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür". Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir.

Bu gecə dua edənlərin Allah dualarını qəbul eləsin !
(səs: 16)
Şərhlər: 9
Baxılıb: 119 930
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri