Dini kəlamlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 12 227
Səs ver:
(səs: 4)
İmam Rza (ə) buyurub:
"İbadət çoxlu oruc və Namaz yox, yaradılış haqqında (ALLAHIN yaratdıqlarını) düşünməkdir”

İmam Əliyyən Nəqi (ə) buyurub:
"Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir.”

İmam Kazım (ə) buyurub:
"Mömin tərəzinin iki gözü kimidir-imanı artdıqca, bəlasıda artar.”

İmam Hüseyn (ə) buyurub:
"Salam verməyin yetmiş savabı var. Onun altmış doqquzu salam verənin, biri isə salamı alanındır.”

İmam Səccad (ə)buyurub:

"Ey Pərvərdigar! Niyyətimi ən gözəl niyyətlərdən, əməlimi də ən gözəl əməllərdən qərar ver. Ey Pərvərdigar, Öz lütfünlə niyyətimi tamam et.”

İmam Hüseyn (ə) buyurub:
"Mən namaza aşiqəm.”

İmam Sadiq (ə) buyurduqları:
"ALLAH-TƏALAYA hüsn-zənn budur ki, Ondan başqa hec kəsə ümidi olmasın və günahlarından başqa hec nədən qorxmasın.”
"Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.” "Həqiqətən, rahatlıq vaxtı edilən dua bəla vaxtı olan ehtiyacları aradan aparar.”
"ALLAHA edilən hər bir dua, Muhəmməd və ali Muhəmmədə salavat göndərmədikcə səmaya qalxa bilməz.”

İmam Əli (ə) buyurduqları:
"Əməl etmədən behişt istəmək axmaqlıqdır.”
"Təəccüb edirəm o kəsə ki, ölüm yatağından qorxur, lakin günahdan uzaqlaşmır.”
"Özünün kor olması bəsirətin kor olmasından daha yüngüldür.”
"Diri şəxsin ölüyə qovuşmağı nə qədər də yaxındır.”
"Hər nəfəs ölümə doğru atılan bir addımdır”
"Böyüklərdən daha uzaq görən kiçiklər çoxdur.”
"İşin savabı, çəkilən əziyyət qədərdir.”
"İbadətlərin ən fəzilətlisi dini anlamaqdır.”
"Həqiqətən bu gün hesab yox əməl, sabah isə əməl yox, hesab günüdür. ”
"Dua mominin qalxanıdır. "
"Hansı qapını çox döyürsənsə, üzünə açılar. ”
"Xoş xasiyyət ruzini artırar.”
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 12 227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri