Günahları örtün ki, Allah da örtsün

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 762
Səs ver:
(səs: 3)
http://imgs.su/tmp/1320864386-656.jpg

Hansımızın günahı yoxdu ki? Hansımız mələk qədər təmiz, saf və aydınıq? Heç birimiz! Hər birimizin özümüzə görə bir günahı var...

Kimimiz qiybət etmişik, kimimiz haqq yemişik, kimimiz haram qazanıb haram yemişik, kimimiz qonşumuzu narahat etmişik, kimimiz daha başqa günahlar işləmişik. Heç olmasa ürəyimizlə belə olsa günah işləmişik. Pislik düşünüb ürəyimizə ləkə sıçratmışıq.

Bu günahlardan hansından tövbə etdik və ya tövbə etdiyimiz hansı günahımız bağışlandı. Bilmirik. Uca ALLAH bizim haqqımızda necə bir qərar verəcək, bunu da heç birimiz bilmirik. Bildiyimiz tək şey, ALLAHın rəhmətindən ümid kəsə bilməyəcəyimizdir. Çünki ümidsiz insan imanını da itirə bilər. Həyata sevincini, müqavimətini itirər. 

Son zamanlarda günah və səhv axtarış içinə girmişik elə bil. Bir-birimizin günahlarını axtarmağa başlamışıq. Əslində olması lazım olan bu deyil. Bəlkə tam ziddidi. Bizlər öz səhvlərimizi görməliyik. Başqalarından əvvəl özümüzə baxmalıyıq. Yaxşılıqda özümüzdən daha üstdə olanları, daha çox yaxşılıq edənləri görməliyik. Pislik və günahda isə özümüzdən daha az günahkar olanlara baxmalıyıq. Özümüzü hər kəsdən daha günahkar görməliyik. Böyük insanlar həmişə belə ediblər. Günümüzdə işlədiyimiz ən böyük günahlardan biri də pislikləri və günahları nümayiş xəstəliyimizdir. Hər gün televiziyalarda, dost söhbətlərində bunun minlərlə nümunəsini görə bilirik. Təəssüf ki, ən sadə və xüsusi yığıncaqlarda belə insanları günah və səhvlərindən ötəri pərt edə bilirik. Bundan da zaman zaman həzz alırıq. Düşmüş olanı vurduğumuzda, sabah bizim də düşə biləcəyimizi hesablamırıq. 

Rəbbimiz gizli və açıq hər cür günahı qadağan edir. Amma günah işləyə biləcəyimizi də ifadə edir. İnsanıq... Səhv edə bilərik. Amma bu səhv və günahları elan etməməliyik. Günahımıza şahidlər tutmamalıyıq. Tək şahidimiz Rəbbimiz olmalıdır. Ona yönəlməliyik. Ondan gizli qalacaq heç bir gizli yoxdur. Çünki ağrılar paylaşılaraq azalar bəlkə? amma günahlar paylaşılaraq bağışladılmaz. Günahların açıqca deyilməsi, günaha qarşı olması lazım olan müqaviməti qırar. Onun üçün örtülü qalmalıdı. ALLAH pərdəni qaldırmadıqca insan pərdəni qaldırmamalıdır...

Uca ALLAH, bütün Müsəlmanların günahlarını bağışladığı halda günahlarını ortalığa yayanları bağışlamaz. Peyğəmbərimiz(s.ə.s) günahını aşkar edəni xəbərdarlıq edər və belə buyurar: "Adamın biri gecə pis bir iş edər. Uca ALLAH o adamın günahını örtər. Lakin o kimsə səhər olunca rast gəldiyi adama mən dünən gecə belə belə günah işlədim, deyər. ALLAH da gecə örtdüyü bu günahı ortaya saçar. Ortaya çıxarar. Artıq bu gizli günah açıqca işlənmiş hala gələr!"... 


Başqasının məhrəm həyatına girilməməlidir. Ailə məhrəmiyyəti qorunmalıdır. Bu məhrəmiyyətə sədaqət göstərməyəcək qədər ucuzlaşmış olanlara imkan verilməməlidir. Hz. Peyğəmbər (s.ə.s) başqasının danışdıqlarını onlardan xəbərsiz dinləməyin. Onların ayıblarını araşdırmanın, gizli hallarını ortaya çıxararaq onların əxlaqını zədələməyin. Kim bir Müsəlmanın ayıblarını axtararsa, ALLAH da onun ayıblarını axtarar(ortaya çıxarar). ALLAH kimin ayıbını axtarsa, onun hər kəsdən gizli gözdən uzaqda etməyə çalışdığı qüsur və ayıbını ortaya çıxarar və onu hər kəsin yanında alçaldar, buyurur...

Şəxsi həyatın toxunulmazlığı olmalıdır. Qanuni ehtiyac və insanlığa zərərli bir hal olmadıqca insanların iç üzü ortaya saçılmamalıdır. Şərəf və qürur qorunmalıdır. Hz. Peyğəmbər (s.ə.s) kim bir Müsəlmanın qüsurlarını örtsə, ALLAH da dünya və axirətdə onun qüsurlarını örtər. Insan birinə kömək etdiyi müddətcə,  ALLAH da o quluna kömək edər, buyurar. Peyğəmbərimiz (s.ə.s) namus və iffəti örtün, kim bunu zədələsə ALLAH da onu zədələyər, xəbərdarlığını edərək hələ bu xəstəliyini müalicə edə bilməyənlərə qarşı ayrı bir daşındırıcılıq üsulunu istifadə edər. Zərər versən zərər görərsən. Amma gözəl rəftar, zərər görərəm qorxusuyla deyil, insani duyğulardan ötəri insanları xoş görüb bağışlamaqdır.

Bəlkə ən çətin gündə, məhşərdə ALLAHın hüzurunda günahlarımız bir-biri ardınca ortaya töküldüyündə yaşayacağımız bu mənzərə bizə nümunə olar: Qiyamət günü Uca ALLAH, mömin qulunu hesaba çəkər. Onu özünə heç kimin görməyəcəyi, eşitməyəcəyi şəkildə yaxınlaşdırar və bu günahını xatırlayırsanmı deyə soruşar. Qul hammısını etiraf edər, hər şeyin bitdiyini düşünər. Tam o anda Uca ALLAH, günahlarını dünyada xalqdan gizləmişdim, indi də o günahları bağışlayıram, buyurar. 


Bəli. günahları etiraf etmək yaxşı əməl deyil. ALLAH örtdüsə örtək. Amma bilək ki, bu rəhmət, yəni Uca ALLAHın günahları örtməsi bizə günah işləmə haqqını və haqlılığını verməz!..


.

(səs: 3)
Şərhlər: 0
Baxılıb: 3 762
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri