Qonaqpərvərliyin əvəzi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 569
Səs ver:
(səs: 1)

Bir dəfə kasıb bir kişi varlı şəxsin qapısını döyərək Allah rizası üçün ondan bir tikə çörək istəyir. Kasıb kişi nə qədər ac və əlacsız olduğunu desə də, varlı onu qovur və qapısını onun üzünə bağlayır. Bundan təsirlənən kasıb bir kənarda oturub ağlamağa başlayır. Bu zaman yoldan ötən bir kor onun səsini eşidir və yaxınlaşaraq nə baş verdiyini soruşur. Kasıb başına gələnləri kora danışır. Kor kişi  ona təsəlli verir, sonra yeni tanışını evinə dəvət edərək Allahın verdiyi nemətləri onunla paylaşmasını israr etdi. Evə çatar-çatmaz kor kişi kasıb üçün süfrə açır. Süfrə zəngin olmasa da, ev yiyəsinin qonağa səmimi-qəlbdən qulluq etməsindən şad olan kasıb ona dua edir: «Sən mənə öz evinin, ən əsası, könlünün qapısını açdın. Qoy hər şeyə qadir Allah da sənin gözlərini açsın!».

 Gecə olur. Kor kişi kasıb tanışının halına acıyır, qonağına necjə kömək edəcəyi barədə düşünür. Səhərə qədər fikirdən yatmayan kor kişi kasıb tanışına yardım edə bilməyəjəyi barədə o qədər dşünür ki,  pərişanlıqdan ağlamağa başlayır. Bu zaman möcüzə baş verir - kor kişinin gözündən süzülən hər damla yaş işığa çevrilir. Korun gözlərinə nur gəlir. Xəbər tezliklə bütün şəhərə yayılır. Bir vaxt kasıb kişini qapısından qovmüş varlı bu xəbəri eşitcək kor kişinin yanına gəlir. Ondan gözlərinin nejə açıldığının sirrini soruşur. Kor kişi həmin varlını görməsə belə, danışığından onun həmin kasıbı qapısından qovan varlı olduğunu başa düşür və deyir: «Mənə yaxşı bax, gözlərimə bax! Mənim gözümün qapısını sənin qapını üzünə bağladığın o kasıb kişi açdı. İndi düşün, sən o kasıb insanı sıxıntılı vaxtında tək qoydun, ancaq Allah onu tək buraxmadı, həm də buna görə məni də mükafatlandırdı». Bunu eşidən varlı paxıllıqdan başına-başına vurmağa başlayır.  

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 569
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri