Ailələrdə xəyanət nə üçün baş verir?!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 903
Səs ver:
(səs: 1)
Hazırkı dövrümüz ailə problemlərinin və boşanmaların geniş yayıldığı bir mərhələdir. Araşdırmalara əsasən ailələrdə baş verən boşanmalada ” xəyanət” faktoru əsas yer yerlərdən birini tutur. Hamını əsasən bu sual çox düşündürür ki, "nə üçün ər arvada və ya arvad ərinə xəyant edir”?

Hər şeydən əvvəl onu demək lazımdır ki, ailədə xəyanətin baş verməsinin müxtəlif səbəbləri vardır. Bu səbəbləri üç qrupa bölmək olar.

A- İnsanın içindən və daxilindən doğan səbəblər:
1- İmanın zəifliyi
İnsanın imanlı olması onun məsuliyyətli olması deməkdir. Allah Taalaya iman gətirmək və imanlı olmaq insanın boynuna böyük məsuliyyətlər qoyur. İmanlı insan başqalarında daha məsuliyyətli olur. Hədislər nəzər saldıqda görürük ki, imanlı olmaq məsuliyyətli olmaq deməkdir. Misal üçün:

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: "Həyalı olmaq imandandır.” ( Səfinətul bihar 1-ci cild 231-ci səhifə)

İmam Cəfər sadiq əleyhissalam buyurur: "Əxlaqlı olmaq və ehtiyaclı insanlara yemək yedizdirmək(ehsan vermək) imandandır.” (əl-Məhasin 2-ci cild 389-cu səhifə)

Əmirəlmöminin Əli əleyhissalam buyurur: "Bilin ki, səbirli olmaq imandandır.” (Qurbul əsnad 156-cı səhifə)

Əmirəlmöminin Əli əleyhissalam buyurur: "Əhdə vəfa etmək, verdiyi sözə əməl etmək imandandır.” (Əvaliyul ləali 1-ci cild 292-ci səhifə)

Belə hədislərin sayı çoxdur. Gördüyünüz kimi imanlı olmaq insanın nə qədər məsuliyyətli olması deməkdir. Bunun müqabilində isə imansız olmaq  və ya imanın zəif olması həmin məsuliyytələrdə də zəif olmanın əlamətidir. İmanın zəif olması insanı ailə məsuliyyətində süstlüyə və etinasızlığa sürükləyir, bunun ardınca isə insan öz həyat yoldaşına xəyanət etməyə adi şəkildə baxır...

2- Həvəsbazlıq və şorgözlülük.
Həvəsbaz və şorgöz olmaq insanı məhvə sürükləyən adətdir. Belə insanlar heç vaxt qane olmurlar. Bu nəzərdə olmaq insanı öz həyat yoldaşına xəyanət etməyə vadar edir...

3- Zərurət olmadan naməhrəmlərlə münasibət yaratmaq.
Təbiidir ki, ictimai mühitdə bir çox hallarda kişilər ilə qadınlar arasında münasibət və rabitələr baş verir. Qonşularla, işdə iş yoldaşları ilə, məktəbdə tələbələr ilə və sair. Amma bir çox hallarda isə insanlar səəbsiz olaraq qarşı cinsin nümayəndələri ilə dostluq və tanışlıq əlaqələri qururlar. Əvvəldə heç birinin pis məqsədi olmur. Lakin zaman keçdikcə bu münasibətlər öz mənfi təsirini göstərir, əri öz arvadına və ya arvadı öz ərinə xəyanət etməyə sürükləyir...

B- Ailənin öz içindən doğan səbəblər:
1- Həyat yoldaşının cinsi ehtiyaclarına diqqətsizlik.

Ailədə ar və arvad bir-birlərinin cinsi ehtiyaclarını ödəməlidirdir. Bir çox hallarda ər cinsi yaxınlığa təmayül göstərdiyi halda arvad bundan imtina edir (səbələri ilə işimiz yoxdur), eləcə də arvad cinsi yaxınlığa təmayül göstərdiyi halda ar bundan müxtəlif yollarla boyun qaçırır. Belə hallar ərin arvada arvadın isə ərə xəyanət etməsi üçün zəmin yaradır...

2- Həyat yoldaşın kobud xasiyyətli və bədrəftar olması.

Ərin və ya arvadın yoldaşın kobud xasiyyətli və bədrəftar olması qarşı tərəfin ondan soyumasına, həmçinin ona qarşı olan cinsi meyllərin kəskin azalmasına səbəb olur. Belə halların davam etməsi insanı öz həyat yoldaşına xəyanət etməyə sürükləyir...

3- Ər arvadın bir-birləri üçün bəzənməməsi:
Ailələrin böyük əksəriyyəti sevgi və məhəbbət üzərində qurulur. Bu sevginin davam etməsinə mane olan və arlə arvadın bir-birlərində soyuması, sevginin tədriclə yoxa, hətta sonralar nifrətə çevrilməsinin səbəblərindən biri evdə ər arvadın bir-birləri üçün bəzənməməsidir. Bu səbəb də insanı öz həyat yoldaşına xəyanət etməyə sürükləyir...

İmam Rza əleyhissalam buyurur: "Bəni-israilin xalqının qadınları ona görə öz iffət və hayalarını itirdilər ki, onların ərləri özlərinə baxmırdılar(pinti halda gəzirdilər).”

4- Qohumluq əlaqələrində səhlənkarlıq:
İnsanlar təbiidir ki, qohumlar ilə isti münasibətdə olmalıdır. Amma bu münasibətlərin də çərçivəsi vardır. Bəzi hallarda bir-birləri ilə qohum olan yeniyetmə və gəncləri ata-anaları nəzarətdən buraxır, onların həddən artıq bir-birləri ilə yaxın münasibətdə olmalarına səbəb olurlar. Bu münasibətlər onların özlərində asılı olmayaraq sonralar öz mənfi nəticələrini verir...

C- İctimai səbəblər:

1- Qadınların zərurət olmadan kişilərin içində olmaları, eləcə də kişilərin zərurət olmadan qadınların arasınsa olmaları və mənasız münasibətlər...

2- Cəmiyyətdə həya və ədəbə riayət edilməməsi, eləcə də əxlaqdan kənar geyimlərin geyilməsi...

3- Xətərli sənət, peşə və işlərin seçilməsi...

Misal üçün, qadınları kişi alt paltarları satması və ya gecə kafelərində işləməsi. Həmçinin kişilərin qadın alt paltarları satması və sair.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 903
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri