Yaxın adamı rəhmətə gedən kişi 40 gün üzünü qırxmamalıdır?

Müəllif: Antikvar
Şərhlər: 4
Baxılıb: 3 191
Səs ver:
(səs: 0)
Adət var ki, yaxın adamı rəhmətə gedən şəxs 40 gün üzünü qırxmır, bir il toya getmir. Bu adətlərə mütləq əməl etmək lazımdır?

bu kimi işlər şəriətimizdə vacib buyurulmayıb. Amma bunların edilməsi də günah deyil. Adətən, insan öz yaxınını itirəndə sevinməyə, şadlıq etməyə və bəzənməyə istəyi olmur.

O, öz matəmini şəriətə zidd olmayan hər hansı formada ifadə etməkdə azaddır. Məsələn, əri vəfat etmiş qadının bir il saçına həna (rəng) qoymaması, özünə bəzək vurmaması məsləhət görülüb. Amma unutmayaq ki, şəriətə görə qadın naməhrəmlərdən örtünməlidir və bu halda onun bəzəksiz olması yalnız məhrəm adamlara məlum olur. Kişi isə, cəmiyyət içinə çıxdığı üçün saç-saqqalının səliqəsinə fikir verə bilər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 191
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri