Hz. Məhəmməd peyğəmbər (s.a.s) (2 hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 950
Səs ver:
(səs: 2)
Gənclik dövrü
Hz.Məhəmmədin 21 yaşı tamam olanda o, Məkkə cəmiyyəti içərisində əmin (sədaqətli, etibarlı adam) kimi ad çıxarmışdı. Əbu Talibin məsləhəti ilə Hz.Məhəmməd Xüvəylid ibn Əsədinqızı, varlı dul qadın Xədicəninyanında pirkeşlik (ticarət işlərini idarə edən şəxs) vəzifəsi alır. Xədicənin ticarət işlərini aparan Hz.Məhəmməd Suriyaya daha bir səfər edir, həm də yeniyetməlik dövründə getdiyi yolu demək olar eynilə təkrar edir, Hələbdə və Dəməşqdə olur. Müxtəlif dini icmalar, ilk növbədə xristian və yəhudi icmaları dünyası ilə bilavasitə yeni təmas, onların həyat tərzi və idealogiyası ilə yeniyetməlik dövründə olduğundan daha şüurlu və hətta, demək olar, daha məqsədyönlü tanışlıq nəticə etibarilə onun mənəvi təcrübəsini artırmışdır. Bunu Hz.Məhəmmədinxristian rahibləri ilə xüsusi görüşlərindən və söhbətlərindən bəhs edən bir çox müsəlmanrəvayətləri bilavasitə nəzərə çatdırır. Həm yəhudi, həm də xristian dinlərinin təkallahlılıq haqqında əsas ümumi ehkamı Hz.Məhəmmədin təkallahlılıq ideyasının qətiləşib möhkəmlənməsinə, şübhəsiz kömək etməli idi. Eyni zamanda budinlərin bir-birini inkar etməsi, onların "yolu azmaq", "səhv yol ilə getmək" haqqında kəskin və sadəcə olaraq düşmən ittihamları Hz.Məhəmmədə Allaha qovuşmaq üçün öz doğru yolunu axtarmağa sövq edən əlavə amil oldu. Quranın ideya-mövzu istiqaməti bunu tam aşkar şəkildə təsdiq edir. Əksər hallarda Əhdi-ətiq və Əhdi-cədidlə səsləşən Quranın məzmununun başlıca fərqləndirici xüsusiyyəti də ilk növbədə yəhudiliyin və xristianlığın məhz belə cəhətlərinin tənqididir ki, bunların üstündə həmin dinlər qədim vaxtdan bəri öz aralarında şiddətli və amansız mübahisə aparmışlar.
 
Ailə həyatı
595-ci ildə Hz.Məhəmməd Xədicəilə evlənmişdir. Həmin vaxtXədicənin yaşı qırxa yaxın idi və o, iki dəfə ərdə olmuşdu, əvvəlki ərlərindən iki oğlu və bir qızı vardı. Buna baxmayaraq Hz.Məhəmmədlə Xədicənin qarşılıqlı məhəbbəti dillərə düşmüşdür. Hz.Məhəmmədin bütün yaxın adamları arasında birinci olaraq Xədicə onun peyğəmbərliyinə inanıb iman gətirmiş və yeni din –İslam dini uğrunda mübarizənin çox çətin başlanğıcında Hz.Məhəmmədə kömək etmək qüvvəsini və varidatını əsirgəməmişdir. Hz.Məhəmməd bunun müqabilində Xədicəyə böyükməhəbbət, dərin minnətdarlıq vəhörmət hissi bəsləmişdir. Xədicə ilə ömür sürdüyü 25 il ərzində o, başqa heç bir qadınla evlənməmişdir.Xədicənin Hz.Məhəmməddən daha iki oğlu və dörd qızı doğulmuşdur. İki yaşında ölən böyük oğlunun adı Qasim idi. Qədim ərəb adəti ilə bu hadisədən sonra Hz.Məhəmməd hörmətlə "Əbül-Qasim" (Qasımın atası) adlandırılmışdır. İkinci oğlu Abdullah da körpə yaşında ikən ölmüş, Hz.Məhəmmədin Zeynəb,Ruqiyyə, Ümm Külsüm və Fatimə adlı dörd qızından isə yalnız sonuncusu onun nəslini davam etdirmişdir. 
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 950
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri