İmam Hüseyn (ə) 13 yaşlı Həzrət Qasimə Kərbəlada şəhadət icazəsini belə verdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 190
Səs ver:
(səs: 0)
Aşura günü insanları ən çox qəmgin edən səhnələrdən biri Həzrət Qasimin şəhadəti idi...

O zaman ki, bütün səhabələr şəhid oldu, növbə Həzrət Müctəbanın (ə) oğluna çatdı, Qasim İmam Hüseynin (ə) yanına gəldi və icazə istədi. Lakin İmam (ə) ona döyüş üçün icazə vermədi. Bu 13 yaşlı cavan görəndə ki, əmisi ona döyüş üçün icazə vermir, çox qəmgin oldu. Yadına düşdü ki, atası ona bir qolbaq vermişdi və buyurmuşdu ki, nə zaman qəmgin olsa,n onu aç və orada olanları oxu, hətta ona əməl et. Qasim öz-özünə dedi ki, illərdir mən bu qədər qəmgin olmamışam. İndi gərək bu qolbağı açım və orada olan vərəqi oxuyum. Açan zaman gördü ki, orada yazılıb:"Oğlum, sənə tövsiyə edirəm ki, nə zaman əmini Kərbəlada mühasirədə görsən, heç bir zaman Allah və Peyğəmbər (s) düşməni ilə vuruşmağı tərk etmə. Əminin bayrağı altında can verməkdən imtina etmə. Əgər əmin getməyin üçün icazə verməsə, ona təkid et ki, icazə versin".

Qasim ayağa qalxdı və bu yazını əmisinə verdi. İmam (ə) qardaşının xəttini görəndə özünü Qasimin boynuna atdı, onu qucaqladı. Əmi və qardaşı oğlu o qədər ağladı ki, halsız yerə yıxıldılar. İmam Hüseyn (ə) Qasimi xeyməsinə apardı və Abbası və Qasimin anasını çağırdı. Onların yanında Həzrət Zeynəbə (s.ə) buyurdu: "Mənim xüsusi sandığımı gətir" və Həzrət Müctəbanın (ə) qəbasını ona geyindirdi. İmam Həsənin (ə) əmmaməsini başına qoydu. Əhli-beyt (ə) bu mənzərəni görən zaman ağlamağa başladı.

İmam (ə) onun hazır olduğunu görəndə fəryad çəkdi: "Oğlum, öz ayaqlarınla ölümə gedirsən?". Qasim dedi: Əmican, necə getməyim ki, səni bu qədər düşmənin arasında tək və qərib görürəm? Əmican, canım sənə fəda olsun".

Həmid ibni Müslim nəql edir: "Gördük ki, meydana bir yeniyetmə gəldi və köynəyinin bir hissəsini tutmuşdu. Ayağında olan ərəb nəlleyini bir qədər sola qaçmışdı. Düşmənlə vuruşdu və 35 nəfəri öldürdü. Düşmən gördü ki, ona qalib gələ bilmir, ona görə onu daşqalaq etdilər. Ömər Əzdi Qasimə tərəf getdi və onunla vuruşdu. Qızğın döyüşdən sonra onun mübarək başına qılınc vurdu və onu yardı. Əmisini yardıma çağırdı. İmam (ə) sürətlə meydana at çapdı və Qasimə çatan zaman gördü ki, Ömər onun başını kəsmək istəyir. İmam (ə) qılıncı ilə onun əlini kəsdi. Ömər də qəbiləsini yardıma çağırdı və qəbiləsi İmama (ə) hücum etdilər. Şiddətli döyüş oldu və Qasimin canverən bədəni qəzəblənmiş atların ayağı altında qaldı.

O zaman ki, döyüş sakitləşdi, İmam (ə) Qasimin başının üstünə gəldi. Gördü ki, can verdiyi üçün ayaqlarını yerə çırpır. Buyurdu: "Qardaşoğlu! Allaha and olsun ki, əmin üçün çox çətindir ki, onu yardıma çağırasan və sənin cavabını verə bilmir və sənə yardım edə bilmir". Sonra Qasimin sinəsini öz sinəsinə sıxdı və onu bu halda Əli Əkbərin mübarək bədəninin yanına gətirdi. Əhli-beyti (ə) bu müsibətə görə səbir etməyə dəvət etdi.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 190
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri