Nə vaxt gəlirsən namaza?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 443
Səs ver:
(səs: 1)
Mən müsəlmanam deyirik amma Namaz qılmırıq. Hələ bir bəhanələrmiz də var

- LA İLAHƏ İLLƏLLAH deyən hər kəs cənnətə girəcək necə olsa 
- Yaşlandığımda qılaram 
- İşləmək,ailə saxlamaq da bir ibadətdir. 
- Allah qismət etdiyi zaman qılaram 
- Namaz qılmıram amma Müsəlmanam 
- ALLAH (c. c) ürəyə baxar.. əsas ürəkdi.
- Uyğun zaman deyil. 
- Hər qoyun öz ayağından asılar. 
- O mənimlə ALLAH arasında. 
- Bir şey olmaz ALLAH bağışlayar. 
- Namazın da bir vaxtı, yeri, zamanı vardaa
- Cəhənnəmdə bir müddət qaldıqdan sonra cənnətə girməyəcəyikmi?
- Bizim evdə heç kəs qılmır axı.
- Cümələri məscidə gedirəm.Hətda bayram namazlarınıda qılıram. 
(İki Cümə arası günahların bağışlanmasını eşidən insanlar, bu iki Cümə arası qılmadığı namazların günahının bağışlanacağını düşünərlər) 
- Özümü tam hazırlıyım sonra.
- Bu qədər günahla,Allahın qarşısına necə çıxaram mən 
- Millət deyər, ‘Molla oldu,nə bilim nə oldu', gülərlər adama 
- Dua da ibadətdir necə olsa, dua edirəm gecə yatarkən mən 
- Dindən soyutdular məni, ona görə qılmıram
- Ramazan gəlsin qılaram, problem yoxdu.. 
- Ramazanda qılarıq, çünki o zaman bir namaz yetmiş namaza əvəzdir 
- Müsəlmanlığı tam olaraq bilmirəm ki hələ. 
- İçimdən gəldiyi zaman və özümü hazır hiss etdiyim zaman qılaram. 

Bu günü sabaha saxladıq amma o sabah heç gəlmədi.....Ölümü unutduq.Ölümün arxamızca gəldiyini və bir gün bizi heç gözləmədiyimiz yerdə,bəlkə də həyatımızın ən xoşbəxt anlarında tutacağını unutduq.Cavanlığımıza ölümü yaraşdırmadıq.Cavanlığımıza güvəndik və ibadətlərimizi yaşlılığa saxlamağa çalışdıq.......Bunu unutmayın ki,""Hamınız öləcək yaşdasınız""

Namaz vaxtıdır. Qalxın Gözəl bir dəstnamaz alın. Səcdələrə qovuşun. Allah bizlərə ölümü səcdədə qarşılamağı nəsib etsin...Amin...
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 443
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri