Qadın və kişinin fərqli 30 xüsusiyyəti (11-15)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 489
Səs ver:
(səs: 0)
11. Emosionallıq
Qadınlar kişilərə nisbətən daha emosionaldırlar. Kişilər öz hisslərini cilovlaya bilirlər, lakin bunu qadından tələb etmək yersiz olardı. Xanımın əhvalı daim dəyişkəndir.
Qadınlar tərifə və cəzaya daha kəskin reaksiya verirlər. İşdə və evdə baş verən münaqişə və ya hər hansı bir narahatçılıq onlarda daha ağır təsir qoyur. Qadın bacaranda gülür və istəyəndə ağlayır. Xanımlar hadisələrə öz şəxsi münasibətləri kimi yanaşırlar.
Həmçinin xanımlarda təxəyyül və fantaziya çox inkişaf etmişdir (hətta kişilər bəzən bu ehtimallardan başlarını götürüb qaçmaq istəyirlər). Qadınların fantaziyası və orijinal fikirləri onlara reklam işində yardımçı olur.
Qadınların üzünün ifadəsi bir neçə (onlarla) müxtəlif hissləri ifadə edə bilər, halbuki kişilərdə bir qayda olaraq iki xüsusiyyəti laqeydlik və nifrəti bildirə bilər.

12. Kollektivdə münasibət
Kişilərə kişi kollektivində olmaq daha rahatdır, nəinki qadınlara qadın kollektivində mövcud olmaq. Belə bir düşüncə də vardır ki, kürəkən qayınata ilə daha tez dil tapır, nəinki qayınana gəlinlə.
Həm qadın və həm də kişinin sayı bərabər olan qarışıq kollektivdə mübahisə və münaqişələr daha az olur. Belə şəraitdə hər iki cins öz hərəkətlərini, dediyi sözləri çərçivədə saxlamağa çalışır və bununla münasibətlərdə tarazlıq yaranır.
Əgər kollektivdə bir cins üstünlük təşkil edirsə, bu zaman rəhbər əks cinsdirsə, abu-hava daha sağlam olur. Təsadüfi deyil ki, qadın kollektivində kişi rəhbərə üstünlük verilir.

13. Sağ və sol yarımkürə
İnsanın daxili orqanlarının yerləşməsində simmetriya yoxdur, hətta beyinin iki hissəsi müxtəlif hərəkətləri həyata keçirir: sol tərəf bizim nitqimizi və dillərə olan bacarığımızı, sözlərdən, rəqəmlərdən, simvolardan istifadə qabiliyyətimizi idarə edir, sağ tərəf isə musiqini düzgün qavrama qabiliyyətini, emosiya və intuisiyanı idarə edir. Həkimlər müşahidə ediblər ki, sağ yarımkürəsi zədələnən xəstələrdə, yumor hissi itir və sözün ikinci mənasını anlamırlar.
Hər iki yarımkürə həm qadında və həm də kişidə müxtəlif cür işləyir. Qadınlarda bir qayda olaraq məsələ və problemlərin həllində hər iki hissə, lakin kişilərdə daha çox yalnız biri iştirak edir. Ona görə də qadınlar kişilərə nisbətdə sözləri daha sürətlə və daha aydın tələffüz edir və fikirlərində hesabı daha yaxşı aparırlar. Kişilər isə abstrakt riyazi modelləri daha yaxşı qura bilir və yad şəhərdə öz istiqamətlərini daha cəld tapırlar.

14. İnstinkt (duyğu)
Qadında olan analıq hissi kişidə olan atalıq hissindən daha güclü inkişaf edib. Analar bütün övladlarını – həm pisini, həm də yaxşısını sevirlər. Lakin kişilərin əsasən yaxşı, nümunəvi övladlarına məhəbbətləri güclü olur.
Uşaqlıq dövründən hər iki cinsin meylləri, maraqları və davranışları aydın görünür: qızlar uşaqlıqdan könüllü dayə olur, özlərindən kiçik uşaqlarla oynamağı xoşlayır, gəlinciklərin paltarlarını tikir, düzəldir və s. maraqları olur. Lakin oğlanlar uşaq vaxtından hərbi işlərlə, nəyisə düzəltməklə maraqlanır və eyni zamanda qızlara nisbətdə daha sərt və kobud olurlar. Digər bir misal: A.A.Bodalev məktəbəqədər uşaqlar arasında bir araşdırma aparmış və müəyyən etmişdir ki, oğlanların 60%-i sənayeyə aid, qızların isə əksəriyyəti güllər, geyim və məişət mövzusunda şəkillər çəkmişdir.

15. Aktivlik
Kişilər fəaliyyətlərində qadınlara nisbətən daha aktivdirlər. Belə ki, bəzi mütəxəssislər məhkəmə iclası prosesini izləmiş və kişilərin qadınlara üstün gəlmələrini və hakimin qərarının kişi müdafiəçisinin xeyrinə həll olunmasının şahidi olmuşlar. Digər müşahidələrdə də qadınların təşəbbüskar deyil, müşahidəçi xarakter daşıması nəzərə çarpmışdır. Kişilər daima lider olmaq xüsusiyyətinə malikdirlər.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 489
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri