170 Sual-Cavab (1)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 354
Səs ver:
(səs: 1)
Sual 1: Nə üçün zalım və günahkar insanlardan bir hissəsi nemətlər içində qərq olmuşdur?
Cavab: Yuxarıdakı sual çoxlarını düşündürür. Qurani-Kərimin ayələrinə əsasən,belələri islahedilməz olduqlarından,yaranış qanunları və iradə azadlığına əsasən öz başına buraxılmışlar.Allah tərəfindən verilmiş bu möhlət, əslində onları uçuruma aparır. 《 Ali-imran》surəsinin 178 ci ayəsində buyurulur: "Küfr edənlər, onlara verdiyimiz möhləti özləri üçün xeyirli bilməsinlər.Biz onlara möhlət vermişik ki, günahlarını dahada artırsınlar. Onlar üçün zəliledici bir əzab vardır"
Bəzi ayələrdən məlum olurki bəzən Allah zalım və günahkarlara  verdiyi nemətləri hədsiz dərəcədə artırır və onlar ləzzət içində xumarlandıqları zaman,qəfildən onları bütün nemətlərdən məhrum edir. Misilsiz firavanlıqdan sonra qəfil səfalət və zəlalət həmin insanlar üçün böyük əzaba çevrilir.《Ənam》 sufəsinin 44-cü ayəsində oxuyuruq:"Onlar edilmiş xəbərdarlıqları unutduqları bir an bütün nemət qapılarını onların üzünə açdıq ki, şadlansınlar.Sonra isə qəfildən bütün verdiklərimizi geri aldıq.Bununla da, onlar hədsiz narahatcılığa düçar oldular".
Təsəvvür edin ki, bir zalım , kövrək budaqları qıra-qıra üzüyuxarı ,dayanmadan ağaca dırmaşır.Yuxarı qalxdıqca , daha da şad olur. Anlamır ki , nə qədər yuxarıdan yıxılsa , bir o qədər çox əziləcəkdir. Qəfil tufan qopur və bir an əvvəl şadlıqdan oynayan sümüklər yerə qaxılıb xıncım-xıncım olur.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 354
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri