Məsumların nurlu kəlamlarından 500 hədis (161-180)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 103
Səs ver:
(səs: 0)
Hədis 161: İmam Həsən Əskəri (ə) buyurur: "Dostunu aşkar surətdə nəsihət edən kəs onu xəcil (xəcalətli) etmişdir.”

Hədis 162: İmam Həsən Əskəri (ə) buyurur: "Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.”

Hədis 163: İmam Həsən Əskəri (ə) buyurur: "Şöhrət və rəyasət istəməkdən çəkin. Çünki bu ikisi insanı məhvə sürükləyir.”

Hədis 164: İmam Həsən Əskəri (ə) buyurur: "Müsibət görmüş adamın yanında şadlanmaq ədəbdən deyildir.”

Hədis 165: İmam Həsən Əskəri (ə) buyurur: "Ehtiyatın bir həddi vardırki, onu aşdıqda qorxaqlığa çevrilər.”

Hədis 166: Həzrət Əli (ə) buyurur: "Kömək və yardım (Ruzi barəsində) ehtiyac olan qədər (Allah tərəfindən) çatasıdır.”

Hədis 167: İmam Həsən Əskəri (ə) buyurur: "Mö`mini zillətə salan bir şeyə onun meyl göstərməsi necə də pisdir.”

Hədis 168: İmam Həsən (ə) buyurur: "Siz qısa müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir .”

Hədis 169: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Elm öyrətdiyiniz və ya elm öyrəndiyiniz şəxslə yumşaq davranın.”

Hədis 170: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Ölümümdən sonra ümmətim üçün ən çox qorxduğum şəxsQur` anı yanlış təfsir və tə`vil edən şəxsdir.”

Hədis 171: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allah-Təala Öz bəndəsinin tövbəsini canı çıxana qədər qəbul edir.”

Hədis 172: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Bir şəxsin qaib bir şəxs barəsində etdiyi dua daha tez qəbul olar.”

Hədis 173: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Qiyamətdə barəsində sorğu-sual olanan ilk şey namazdır.”

Hədis 174: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Təəccüb edirəm o kəsə ki, ölüm onun sorağında ikən, o, dünya istəyindədir.”

Hədis 175: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Elm axtarışında olan şəxsin ruzisini Allah yetirər.”

Hədis 176: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Mənim ümmətimə qarşı mehriban olanla Allah da mehriban olar.”

Hədis 177:Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Müsəlmanların qeybətini etməyin və onların eyiblərini araşdırmayın (axtarmayın).”

Hədis 178: Həzrət Əli (ə) buyurur: "Xoş o kəsin halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub, günah və xatasına isə ağlayır.”

Hədis 179: Həzrət Əli (ə) buyurur: "Xoş o kəsin halına ki, arzuları qısadır və ömrünü qənimət sayır.”

Hədis 180: Həzrət Əli (ə) buyurur: "Əməl etmədən behişt istəmək axmaqlıqdır.”
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 103
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri