İki qibləli məscid haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 064
Səs ver:
(səs: 1)
Məscidül-qibləteyn, yəni iki qibləli məscid Mədinə şəhərindəki Məscidün-nəbəvidən 5 km. məsafədə yerləşir. Peyğəmbər zamanında burada Bəni-Sələmə qəbiləsi məskunlaşdığı üçün onların tikdiyi məscidə də Bəni-Sələmə məscidi deyirdilər.

İslamın ilk dövrlərində müsəlmanlar namaz qılarkən üzlərini Qüdsə sarı çevirirdilər; Qüdsdəki Beytül-Müqəddəs məscidi müsəlmanların ilk qibləsi idi. Hicrətdən 18 ay keçəndən sonra Peyğəmbərə vəhy gəldi: "İndi üzünü Məscidül-hərama tərəf çevir. (Ey müsəlmanlar!) Harada olsanız, üzünüzü (namaz vaxtı) oraya döndərin” (Bəqərə, 144).

Həzrət Mühəmməd Peyğəmbərə (s) bu ayə nazil olanda o həzrət Bəni-Sələmə məscidində camaatla günorta namazının ikinci rükətini bitirmək üzrə idi. Ayə nazil olan kimi o həzrət üzünü Məkkəyə sarı çevirib namazın ardını həmin istiqamətə qıldı. O biri müsəlmanlar da Ona iqtida edib, yeni qibləyə sarı döndülər. Bundan sonra Bəni-Sələmə məscidini "ikiqibləli məscid” adlandırmağa başladılar.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 064
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri